Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Virtual pul oğurlayan virus aşkarlandı

Virtual pul oğurlayan virus aşkarlandı

 

“Kasperski laboratoriyası” şirkətinin ekspertləri istifadəçilərin elektron pul kisələrindən kriptovalyuta oğurlayan virus aşkarlayıblar.

Yenixeber.org: istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman  virus pulları oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək, pulları birbaşa cinayətkarlara köçürür.

Antivirus şirkətinin məlumatına görə, cinayətkar əməllər nəticəsində dəyən ziyanın məbləği 140 min dollar qiymətləndirilir.

“CryptoShuffler” müəllifləri ən çox “Bitcoin” pul kisələrinə hücum həyata keçiriblər. Onlar artıq 23 “Bitcoin” virtual pul oğurlayıblar ki, bu da təxminən 140 min dollara bərabərdir. Digər kriptovalyutalarda oğurlanan məbləğ isə bir neçə dollardan bir neçə minədək təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam