Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İmperiyadan "qaz zərbəsi"

 

      “İmperiya cavab zərbəsi vurur”. ABŞ-ın ”Foregn Polisy” jurnalı Rusiyanın Qərb sanksiyalarına qarşı addımlarının şərh olunduğu məqaləyə bu başlığı verib.

 "Xeberinfo.com" AzPolitika.info-ya istinadən maraqlı və aktual məqalənin tərcüməsini təqdim edir.

  Prezident Barak Obama 11 sentyabr tarixli çıxışında Avropaya qoşularaq Rusiyanın Ukraynadakı aqressiyasına cavab olaraq, onların maliyyə, müdafiə və enerji sektoruna qarşı sərt sanksiyalar tətbiq edəcəyini bəyan etmişdi. Hələ əvvəldən “Bloomberg” agentliyi məlumat vermişdi ki, ABŞ iyulda elan etdiyi kimi, təkcə rus kompaniyalarına texnologiya verilməsini məhdudlaşdırmayaraq, eyni zamanda Amerikan neft şirkətlərinə Rusiyanın böyük və çətin işlənə biləcək enerji resurslarından neft çıxarılmasına kömək etməyə də qadağa qoyacaq. Bu isə “ExxonMobil”, ”BP” və digər şirkətlərin ruslarla birlikdə reallaşdırılması nəzərdə tutulan milyard dollarlıq layihələrinə böyük təhlükə törədəcək.

Daha sərt və təsirli sanksiyalarla üzləşən Rusiya, yəqin ki, cavab zərbəsi endirəcək. ”Financial times” qəzeti məlumat verib ki, Moskva Qərb istehsalı olan paltar və avtomobillərin idxalına məhdudiyyət gətirəcək. Rusiyanın öz enerji resurslarının ixracından təzyiq vasitəsi kim istifadə edə biləcəyi də Avropa ölkələrində böyük həyacan yaradır. Bununla yanaşı bir çox Avropa ölkəsi Rusiyaya qarşı hədsiz sərt sanksiyaların tətbiq edilməsini arzulamır. Belə ki, Avropa istehlak etdiyi qazın, demək olar ki, üçdə birini Rusiyadan alır və yaxın perespektivdə yeni alternativ mənbələrin tapılacağına isə çox az ümid var.

QAZPolşa bildirib ki, bu həftə onun Rusiya enerji şirkəti “Qazprom”-dan aldığı qaz tədricən azalmağa başlayıb. Bu isə öz növbəsində Varşavanın Ukraynaya göndərdiyi qazın müvəqqəti olaraq dayandırılması ilə nəticələnib. İyun ayından Rusiyadan qaz ala bilməyən Ukrayna etibarlı yanacaq mənbəyi olmadan soyuq və qaranlıq qış perespektivi ilə üzləşə bilər.Polşanın “Oil &Gaz Company” şirkəti xəbər verir ki, ”Qazprom”un göndərdiyi qaz, sifarış olunan miqdardan 45% aşağıdır. Polşalılar “Qazprom”-dan Belarus ərazisindən keçıb gələn qaz nəqlinin bu cür qəfildən azalmasına dair izahat tələb edirlər. Moskvadan qaz idxal edən başqa bir ölkə Slovakiya da ”Qazprom”un göndərdiyi qazın həcminin azalması barəsində məlumat verib. Slovakiya aldığı qazın bir hissəsini Rusiya qazının yerini kompensasiya etmək üçün Ukraynaya göndərirdi. İdxal edilən Rusiya qazının gözlənilmədən azalmasının arxasında hansısa siyasi məqsədin dayandığını və ya bunun nəql olunma sistemindəki texniki nasazlıq ucbatından baş verməsini demək hələlik mümkün deyil. Polşa nümayəndələrinin söylədiklərinə görə, Rusiya hər şeyin normaya salınacağına söz verib. Ancaq Vladimir Putin rus qazını satın alaraq sonradan Ukrayna istiqamətinə çevirənlərə qarşı aqressiv mövqe göstərəcəyini hələ əvvəlcədən bildirmişdi. Yanacaqla “revers axını” adlanan bu cür ticarətin aparılması “Qazprom” və Kremli xeyli qıcıqlandırır. İyun ayında Putin Rusiya qazı vasitəsiylə Ukrayna ilə ticarət aparan ölkələrə tərəf “xəbərdarlıq atəşı” açmışdı. O, demişdi: ”Əgər kimsə Ukraynanın eneji ilə təchiz olunması problemlərinin revers axını yolu ilə həll ediləcəyini düşünürsə, onda onlar dərindən yanılırlar. Əgər biz görsək ki, kimsə bizimlə qaz nəql olunması müqaviləsini pozur, belə halda biz qaz həcmini azaldacağıq”.

Sözsüz ki, indiki durum ”Qazprom” üçün xeyli mürəkkəbdir. Çünki onlar kommersiya enerji şirkəti kimi işləməklə bərabər, Kremlin xarici siyasət istəklərini yerinə yetirərək, Avropa ölkələrini cəzalandırmaq çağırışları ilə özünün dayanıqsız maliyyə şərtləri arasında duruş gətirməlidir. Məsələn, Ukrayna istifadə etdiyi beş milyard dollarıq qaz borcunu ödəmədiyi üçün birinci kvartalda “Qazprom”un gəlirləri kəskin aşağı düşüb. Ancaq aktiv revers axınının tərəfdarı kimi çıxış edən Polşa və Slovakiya üçün nəzərdə tutulan ixrac həcminin qəfildən dəyişməsini izah etmək çətindir. Harvard Universitetinin Belfer beynəlxalq münasibətlər və elm mərkəzində çalışan enerji məsələləri üzrə mütəxəssis Andreas Qoldtaunun fikrinə görə, burada açıq şəkildə siyasi motivlər üstünlük təşkil edir. O, bu barədə deyib:”Qazprom” Rusiya Dumasının və Kremlin siyasi təzyiqi altında işləyir və onu Ukraynaya kömək edən ölkələrə qarşı tədbir görməyə məcbur edirlər”.

Hazırda Rusiya qaz məsələsindəki repressiyalarını Vaşinqton və Brüsselin öz sanksiyalarını gücləndirdiyi bir vaxtda həyata keşirir. Bütün bunlarla yanaşı eneji resurs bazarının özü, iqtisadi dayağı əsasən neftə bağlı olan Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. ”Qazprom” önümüzdəki il Avropaya daşınacaq qazın 10% həcmində azalacağını gözləyir. Bu Avropanın bütün növ enerji resurslarına olan tələbatının aşağı düşməsi ilə bağlıdır. Dövlət xəzinəsinin doldurulmasının digər bir mühüm mənbəyi hesab edilən neft, qlobal tələbin və neftin artıq istehsal olunması səbəbindən zəif mövqedədir. Xam neftin qiyməti son iki ilin ən minimum həddinə qədər enib və Beynəlxalq Enerji Agentliyi 2014 və 2015-ci illər üçün neft tələbi üzrə proqnozu aşağı salıb. Bunların hamısı isə Rusiya büdcəsi üçün məyusluq gətirən xəbərlərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam