Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin və Rusiyanı məhv etməyin yolları

 

   ABŞ-ın məşhur “Forbes” jurnalı“Sivilizasiyaların müharibəsi” adlı maraqlı analitik məqalə dərc edib. Məqalədə Rusiya iqtisadiyyətının vəziyyəti təhlil olunub və Vladimir Putinin Ukraynaya qarşı təcavüz siyasətini davam etdirəcəyi halda bu ölkəni gözləyən təhlükələr sadalanıb.  "Xeberinfo.com" aktual və maraqlı məqalənin tərcüməsini təqdim edir.

“Sivilizasiyaların müharibəsi”, müəllif- Aleksandr Savçenko

Rusiyanın 2014 –cü ildə Krımın işğalı da daxil olmaqla, bu yarımada üçün çəkdiyi ümumi maliyyə xərci 7-8 milyard dollar təşkil edəcək. İnvestisiya xərcləri nəzərə alınmadan 2015-ci il və ondan sonrakı hər il üçün Krıma 5-6 milyard dollar miqdarında pul qoymaq tələb olunacaq. Onu da əlavə etməliyik ki, Rusiyanın çəkəcəyi bütün bu xərclər sanksiyaların təsirindən Ümumi Daxili Məhsulun (ÜDM) azalması və sürətli kapital axını şəraitində baş verəcək.

Hesablamalara görə, 2014-cü ildəki kapital axını 150 milyard dollar olacaq. Rusiyanın ÜDM 2014-cü ildəki düşüşü mənfi 1%, 2015-ci ildə isə mənfi 2% təşkil edəcək. Bu qiymətləndirmələr ABŞ və Avropa Birliyinin indiki sanksiyalarının, Ukraynanın atdığı müəyyən məhdudlaşdırıcı tədbirlərin və Rusiyanın spontan, emosional hərəkətləri sayəsində Qərbə qarşı, ancaq əslində isə özünə ziyan vuran fəaliyyətlərinin verə biləcəyi nəticələrin hesablanması əsasında aparılır. Rusiyanın Ukrayna ətrafında yürütdüyü siyasət nəticəsində Qərbin sanksiyalarının təsiri də daxil olmaqla, üzləşdiyi ümumi ziyan 200-250 milyard dollar məbləğındə olacaq.

ziiiiİndi Rusiya prezidenti özünə daima sual verməlidir ki, Krım 10-14 milyard dollarlıq, Şərqi Ukraynadakı hərbi münaqişə isə 200-250 milyard dollarlıq xərcə dəyərmi? Bəs buna necə cavab vermək olar?

Belə bir təsəvvür yaradaq ki, bəs, görəsən bu şərtlər daxilində rasional və praqmatik Rusiya prezident necə düşünərdi? Krımı özününküləşdirmək və Ukraynanın tam ələ keçirilməsi məsələsini necə həll etmək olardı? 10-15 milyard dollara Krımın torpaqlarının yarısını və bütün daşınmaz əmlakının hamısını almaq mümkündür. 200-250 milyard dollara isə bütün Ukrayna oliqarxlarını və milyonerlərini, onların əmlaklarını, banklarını, həmçinin materik Ukraynası torpaqlarının yarısını satın almaq məsələsi də qətiyyən problem olmazdı. Beləliklə də məsələ artıq həll edilmişdi və bu cür prezident isə bütün dünyada sivilizasiyalı investor kimi qarşılanacaqdı. Amma qurduğumuz təsəvvürlərin tam əksinə olaraq, Rusiya prezidentinin hazırkı davranış tərzi irrasionallıq kimi qiymətləndirilməlidir. Prezidentin özünü isə qeyri sivilizasiyalı adam adlandırmaq olar. Putin Moskva-Provaslav sivilizasiyasının nümayəndəsidir. Samuel Hantinqton və Qərbin digər mütəfəkkirləri – öz bizans köklərinə, üç yüz illik tatar əsarətinə və bürokratik despotizminə görə Rusiya mərkəzli Provaslav sivilizasiyasını Qərbi xristian mədəniyyətindən ayırırlar.

Sivilizasiya seçimi – böyük ölkələrin xarici və daxili siyasətlərində çox mühüm amildir. Mahiyyət baxımından Rusiya prezidenti “Rus dünyasının”, Obama və Merkel isə “Qərb dünyasının” girovlarıdır. Uzun müddət ərzində Ukrayna bir ayağı ilə “Rus dünyası” torpağında, digəri ilə isə Qərbin parketli döşəməsi üzərində dayanmışdı. Artıq seçim edilib. Ukraynada Qərb məntiqi üstünlük əldə edib ki, bu da Putin və onun ətrafı üçün anlaşılmaz bir məfhumdur. Ən çətini isə mənəvi-psixoloji baxımdan Qərb sivilizasiyasının rasional iqtisadi sanksiyalarının ona necə təsir edəcəyidir.

Sanksiyaların əsas ideyası ondan ibarətdir ki, Rusiyanın aparıcı iqtisadi sektorları olan silah, neft, qaz, bank və sairə müəssisələri öz funksiyalarını necə yerinə yetirmələrindən asılı olmayaraq, artıq inkişaf edə bilməyəcəklər. Onların Qərb kredit və texnologiyasına gedən yolu kəsilib.

Hazırda Rusiya Mərkəzi Bankının qızıl–valyuta ehtiyatı 468 milyard dollardır. Sanksiyaların indiki rejimində Rusiya öz qızıl–valyuta ehtiyatını tükəndirərək, 2016-cı ildə defoltla üzləşəcək. Amma artıq 2015-ci ildən Rusiya vətəndaşlarının real gəlirləri azalmağa başlayacaq. Zəif sosial etirazların olması da mümkündür.

Nə üçün hər şey belə tez baş verəcək? Rusiya banklarının, şirkətlərinin və dövlətinin ümumi məcmui borcu təxminən 715 milyard dollardır. Kreditlərin bünövrəsiz illik ödənişi 160-180 milyard dollar təşkil edir. Bundan əlavə neft, neft məhsulları və qaz satışından gələn gəlirlərin 5-8% arasında azalacağı da gözlənilir. Hələ 2013-cü ildən yanacaq ixracından gələn valyutanın artım tempi demək olar ki, dayanıb (Bu sektorlardan ildə 350 milyard dollar yığılır). Əgər buraya ölkədən axan kapitalı da əlavə etsək, Rusiyanın defolta yaxınlaşması daha aydın başa düşülər.

1395905511_0001Bəs Putinin məntiqi necədir? “Rus dünyasının” ehkamına əsasən, belə düşünülür ki, Ukrayna, Gürcüstan və Moldovanın Qərb sivilizasiyasına tərəf getməsi Provaslav-Moskva sivilizasiyasını əməllicə zəiflədəcək. ”Rus dünyası” məsələni belə həll edir ki, adı çəkilən ölkələrdə elə iqtisadi, sosial, siyasi problemlər yaratmaq lazımdır ki, Qərb sivilizasiyası güclənməsin. Bu zaman nə qədər insanın öləcəyi onu qətiyyən maraqlandırmır. Onun fikrinə görə, nə qədər çox olarsa, bir o qədər yaxşıdır. ”Rus dünyasının” məntiqi bu cürdür.
Bəs Putin nə üçün sivilizasiyalar müharibəsini başladıb?

Çox güman ki, Putin onun təmsil olunduğu sivilizasiyanın məhvə məhkum olduğunu anlayır. Yəqin ki, o haqlıdır. 2013-cü ildə bütün dünyanın Ümumi Daxili Məhsulunda (ÜDM) Rusiyanın payı lap elə neft və qazın hesabına olsa da, artaraq 2,8% təşkil edib. Ancaq Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2019-cu ildə bu göstərici 2,5%-ə qədər enəcək. Həmin dövrdə ABŞ-ın payı praktik olaraq dəyişməyərək 21,8% -də qalacaq, Çinin payı isə artaraq 14,7%-ə kimi yüksələcək.

Bu proqnozlar 2014-cü ilin aprelində Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyalarından əvvəl tərtib edilib. Əgər həmin sanksiyalar da nəzərə alınarsa, 2019-cu ildə Dünyanın ÜDM-də Rusiyanın payı 2,5% deyil, 1,8% səviyyəsində olacaq. Beləliklə də Rusiya iqtisadi cırtdana çevriləcək. Onda Rusiya televiziyasındakı hər hansı uydurulmuş xəyallar və ya hər hansı çəkilişlər reallığı gizlətməyə kömək edə bilməyəcək. Həm də ki, Rusiyanın təkcə dövlət televiziya kanalları üçün, artıq əvvəlki kimi, 1,5 milyard dollar ayırmaq imkanı olmayacaq.

Hər şeydən bəlli olduğu kimi Putin Ukraynanı öz tərəfinə çəkən Qərb sivilizasiyasının fəaliyyət məntiqini anlayıb. Putin yaxşı bilir ki, Amerikanın bircə qərarla Rusiya banklarının və müəssisələrinin dollarla hesablaşma aparmasına qoyacağı qadağası səhərisi günü Rusiyanı defoltla üzləşdirəcək. Bir aydan sonra isə iqtisadiyyatın tam kollapsı və hətta ölkənin parçalanması da baş verə bilər. Bu defoltun Amerikan və Avropa banklarına ziyan verəcəyi də bəllidir. Onda Qərb həmin ziyanı kompensasiya etmək üçün Rusiyanın suveren aktivlərini dondurmaq üsuluna əl atar. Belə olan halda isə Rusiyanın iqtisadiyyatı iki dəfə büzüşəcək. Bu isə bütün “Rus sivilizasiyasının “sonunun gəldiyi demək olar.

Aydındır ki, belə bir ssenari yalnız Rusiyanın Ukraynaya qarşı tam masştablı müharibəyə başlaması zamanı həyata keçirilə bilər. Bəs çıxış yolu varmı?Hələ bu ilin iyun ayında ABŞ və AB-nin dünya maliyyə-valyuta sistemindəki hegemonluğundan yaxa qurtarmaq ideyası səslənmişdi. Söhbət “BRİKS” ölkələrinin Braziliyadakı sammitində, ştab-qərargahının Şanxayda yerləşməsi nəzərdə tutulan və 100 milyard dollar kapitala malik ehtiyyat valyuta fondunun yaradılmasından gedir. Əslində bu Beynəlxalq Valyuta Fondu və Dünya Bankına qarşı alternativ strukturların qurulması deməkdir. Həm də ki, belə strukturda Rusiya ABŞ rolunu Çinin, AB rolunun isə Hindistanın oynamasına razılıq verib. Deməli, Rusiya orada ikinci səviyyəli oyunçuya çevriləcək.

Bu cür strukturların yaradılması həqiqətən də mümkündür. Lakin bir şərtlə bu baş tuta bilər ki, məsələyə təxminən iki il müddətində ABŞ və AB müdaxilə etməsin. Amma belə strukturların yaradılması nəinki Rusiyanı, hətta Hindistan və Çini də kollapsa salar. Braziliya haqda isə heç danışmağına dəyməz. Ona görə ki, həmin ölkələrin ticarətinin inkişaf mexanizmi məhz ABŞ və AB üzərindən aparılan beynəlxalq əməliyyatlara bağlanılıb. Digər yandan ABŞ və AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra bu layihəni unutmaq lazımdır. Göründüyü kimi, Rusiyanın iki il kimi bir vaxt ehtiyatı yoxdur. Ancaq ümumi vəziyyətdən asılı olaraq, onların ehtiyatlarında hələlik bir ilə yaxın vaxtları var. Elə bu səbəbdən də Putindən həm Ukrayna, həm də ki, Qərb üçün “xoşagəlməz”sürprizlər gözləmək mümkündür.

Kompromis üçün çıxış yolu mövcuddur. Məsələn, Putin Sevastopol hərbi bazasını daimilik özündə saxlamaq şərti ilə, Krımı qaytarır. Bundan əlavə onlar beynəlxalq məhkəmə yolu ilə Donbas və Luqanskdakı aqressiyadan ziyan çəkən Ukraynanın itkilərini kompensasiya edirlər. Aydındır ki, bu gün Rusiya prezidenti belə bir kompromisə getməyə hazır deyil. Amma ən əsas məsələ belə bir kompromisin axtarılmasından ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam