Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Türkiyənin məhşəri davam edəcək”

turkiye

 

«Türkiyə suçlama oyununa son qoymalı və həll yolları axtarmalıdır».

 Xeberinfo.com:  Bunu CNN-in saytında Soner Çağaptay yazır. Çağaptay Vaşinqton İnstitutunda Türkiyə Tədqiqat Proqramının direktoru, eləcə də «Yeni Sultan: Erdoğan və müasir Türkiyənin böhranı» kitabının müəllifidir.

«Türkiyə prezident Recep Tayyip Erdoğan-ın güclü şəxsiyyəti ətrafında o qədər dərindən qütbləşib ki, terror hücumlarının niyə baş verdiyini, onları əngəlləməyin yollarını götür-qoy etməkdənsə, ölkədə Erdoğan-ı dəstəkləyənlər və ona qarşı çıxanlar biri-birini suçlamaqla məşğuldurlar», – müəllif yazır.

SƏMİMİ MÜZAKİRƏ OLMASA…

Yanvarın 1-də səhər tezdən İstanbulda gecə klubunda hücumda azı 39 nəfər öldürülüb. Ümumilikdə, 2015-ci ilin yayından bəri Türkiyədə 33 böyük terror hücumu 730-dan çox adamın ölümüylə sonuclanıb. Bu hücumlar əsasən iki terror qruplaşması – «İslam Dövləti» (İŞİD) və Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələndirilir. Müəllifin fikrincə, elə İstanbuldakı son hücumu da İŞİD yaraqlılarının törətdiyi üzə çıxarsa, bu, elə də təəccüb doğurmaz.

«Türkiyədəki terrorun arxasında duranlar bu qədər açıq-aşkar bilinirsə, niyə ölkə terror dalğasını önləməkdə belə aciz görünür? Çünki türklər terrorla mübarizəyə fokuslanmaqdansa, bir-biriylə savaşmaqla məşğuldurlar», – yazan S.Çağaptay Erdoğan hakimiyyətə gələndən tənqidçilərinə hücuma keçdiyini vurğulayır. Və bu strategiya da ölkəni dərindən parçalayıb, qütbləşdirib. Elə hər hücumdan sonra da ölkənin bu hücumların arxasında duran xarici siyasəti barədə heç bir müzakirə aparılmır. Əgər hücumu İŞİD törədibsə, Erdoğan-a qarşı çıxanlar onu türkləri qoruya bilməməkdə ittiham edir. PKK törədibsə, Erdoğan-ı dəstəkləyənlər müxalifəti suçlayır.

«Türkiyənin güclü milli təhlükəsizlik qurumları var. Bu qurumlar öncəki terror dalğalarını önləyə bilib. 1990-cı illərdə PKK qiyamçılarını da yatıra bilib. 1970-ci illərdə ifrat sağçılarla ifrat solçuların mümkün vətəndaş qarşıdurmasını da önləyən elə bu qurumlar olub… Bu gün türklər qarşılarında duran zorakılıq dalğası barədə səmimi müzakirə apara bilməsələr, qorxuram ki, heç bu qurumlar da terror dalğasının qarşısını ala, ölkəni dağılmaqdan qurtara bilməsin», – S.Çağaptay yazır.

R.T.Erdoğan

R.T.Erdoğan

BUMERANQ EFFEKTİ

Türkiyə bumeranq effektinin qurbanıdır. Bunu isə «The Jerusalem Post» qəzetində oxuyuruq. Yazıda İstanbuldakı hücumu, çox güman, İŞİD üzvünün, yaxud bu qruplaşma tərəfdarının törətdiyi qeyd olunur.

«Prezident Recep Tayyip Erdoğan uzağı görməyən siyasətinin ağır bədəlini ödəməkdədir. Altı il öncə Suriyada vətəndaş müharibəsi başlayanda, Suriya rejiminə nifrəti Erdoğan-ı ya İŞİD-lə gizli əməkdaşlığa, ya da azından, onun hərəkətlərinə göz yummağa sövq etdi. İŞİD Bashar Assad-ı məğlub etmək, Suriyada çaxnaşma yaratmaq aləti kimi istifadə olundu. Axı bu ölkədə güclü kürd azlığı yaşayır. Erdoğan həm də Assad-ı şəxsən cəzalandırmaq istəyirdi. O, vaxtilə PKK üzvlərinə sığınacaq vermişdi», – məqalədə deyilir. Türkiyənin İŞİD-ə qoşulmağa gedənlərə şərait yaratdığı da vurğulanır.

Təxminən 18 ay öncə Erdoğan siyasətini dəyişdi və bu məqamda İŞİD Türkiyəni qara siyahısına saldı. 2015-ci ilin iyunundan bu ölkə sünni ekstremistlərin və PPK-çıların terror hücumlarının hədəfinə çevrildi.

«1914-cü ildə, 1-ci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasına «Avropanın xəstəsi» deyirdilər. Bu gün müasir Türkiyə Asiya-Avropanın qovşağında terror hücumlarının zəif nöqtəsinə çevrilib», – qəzet yazır.

PAKİSTAN YOLU?

«Türkiyədə zorakılıq dalğası göstərir ki, prezident Erdoğan hər şeyi nəzarətdə saxlamaq istəsə də, öz ölkəsində sakitlik yarada bilmir». Bunu isə «The Telegraph»qəzetində Mark Almond yazır.

«Türkiyə doğrudanmı Avropanın hüdudlarında zəif bəndə, xəstə ölkəyə çevrilməkdədir? Pakistanamı bənzəməkdədir? Suriya cihadçıları buranı «Taliban» kimi hədələyirmi? Təəssüf ki, onillər boyunca model rolunu oynayan Türkiyə indi Pakistanın açdığı yola düşmək riskiylə üz-üzə qalıb. Ola bilsin, hakim partiya daxilində prezidentin hakimiyyət hərisliyinə qarşı dayanmağa, onu əvəzləməyə hazır qüvvələr var. Amma inanmıram ki, onlar prezident Erdoğan-a meydan oxumaqdan ötrü yetərincə saya və cəsarətə malikdirlər. Türkiyənin məhşəri davam edəcək. Ölkənin həssas geosiyasi durumunu nəzərə alsaq, Türkiyədə qarışıqlıq Qərbdə də sabitsizlik deməkdir», – müəllif yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam