Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ərdoğan ABŞ-ı təxribatlardan çəkinməyə çağırıb! –“Bizi təhrik etməyin…”

 

erdoganYenixeber.org: Xarici KİV-nin verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatla bağlı Amerika Birləşmiş Ştatlarına (ABŞ) müraciət edib.

O, Vaşinqtonu Türkiyəni təhrik etməməyə çağırıb, belə ki, Türkiyə tərəfi öz sərhədlərinə «əl qaldırılması»na dözməyəcək.

«Bizim sərhədlərimizə qəsd tməyin, bizi təhrik etməyin. Əks-təqdirdə, bizim səbrimiz çatmayacaq. Mən bunu hörmətli Obamaya (ABŞ-n sabiq prezidenti – red.) da demişdim. Təəssüf ki, hələ də cavab almamışam…» – deyə, Ərdoğan bəyan edib.

Ərdoğan xatırladıb ki, ABŞ Suriyada kürd birləşmələrini dəstəkləyir, Afrindəki əməliyyat isə Türkiyənin «xalq mübarizəsi»dir.

Bu ərəfədə, Ərdoğan Suriyanın Afrin rayonunda kürd silahlı birləşmələrinə qarşı «Zeytun budağı» adlı antiterror əməliyyatının başlandığını elan edib və qərb ölkələrini Ankaraya qarşı durmaqdan çəkinməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam