Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya miqrant qanına bələnib – başa çatmaqda olan ilin müdhiş statistikası

Dünya miqrant qanına bələnib – başa çatmaqda olan ilin müdhiş statistikası, qaçqın düşərgələrində bitən həyatlar....

 

 

Avropaya miqrant axını, bu zaman baş verən faciələr və bu barədə təfərrüatlar, demək olar ki, hər gün dünya mediası səhifələrini “bəzəyir”.
Xeberinfo.com: Böyük dövlətlərin bu məsələ ilə bağlı qərarları, miqrantlara qarşı münasibət, gəmilərdə batan, meşələrdə həyatını itirən qaçqınların hekayəsi isə bitmək bilmir. Amma bununla belə, dünya coğrafiyasında miqrant fırtınası ilə bağlı hər gün yeni bir detal, gözlənilməz yeniliklər çıxır üzə...
  Bu günlərdə İsveçdə yaşayan mühacir Rahib Kazımlı Avropaya köç edən miqrantlarla bağlı aşağıdakı statusu yazıb: “Avropaya mühacirət etməyə hazırlaşanların nəzərinə: Avropa Birliyi Almaniya, İsveç, Danimarka, Norveç və Avstriyaya sərhəd nəzarəti və yoxlamalarının tətbiqini uzatmağa razılıq verib. Digər xəbər isə bundan ibarətdir ki, İsveç ölkəyə yeni gələn miqrantlara çadırlarda yaşamalı olacaqları barədə xəbərdarlıq edib”.
 
Avropaya köçmək istəyərkən 3611 nəfər ölüb və itkin düşüb
Bu ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropa sahillərinə 316 min 311 mühacir və qaçqın gəlib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Coel Millman brifinqdə çıxış edərkən məlumat verib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, Aralıq dənizindən Avropaya keçməyə cəhd edən 3611 nəfər həlak olub və ya itkin düşüb. Millman qeyd edib ki, Avropa İttifaqı ilə Türkiyə arasında sazişin imzalanmasından sonra Yunanıstanda və Qərbi Balkan ölkələrində mühacir və qaçqınların sayı 56 faiz artıb.
Almaniyanın özündə və xaricdə isə Angela Merkelin miqrasiya siyasəti güclü tənqidlərə məruz qalır. Oktyabrın 11-də yeni sorğunun nəticələri dərc olunub: Almaniyanın hakim partiyasının populyarlığı onun bütün tarixi ərzində ilk dəfə 30 faizdən aşağı enib.
 
Fransanın Kalesində durum “fransızca”dır
Bir neçə gün öncə isə Liviyadan Avropaya keçmək istəyən miqrant gəmisi Aralıq dənizində batıb. Nəticədə 90 nəfər liviyalı dünyasını dəyişib. Ölənlərdən 44-ü azyaşlıdır. Gəmidə olan 119 nəfərdən yalnız 29-u sahilə çıxa bilib.
Gəminin qayaya ilişərək zədələndiyi və içərisinə su dolduğu üçün batdığı bildirilir. 
Miqrantlarla bağlı Fransadakı durum da fərqlidir. Fransada 1200-dən çox polis və rəsmi Kaledə “Cəngəllik” adlanan miqrant düşərgəsində təmizləmə əməliyyatı aparıb.
Hakimiyyət orqanları bildirirlər ki, 7 minə yaxın insan yoxsul şəraitdə düşərgədə yaşayır. Miqrantlar dinc şəkildə köçürülmək üçün növbədə gözləyir və onları daşıyacaq 60-a qədər avtobusun bəziləri artıq yola düşüb. Onlara Fransada qaçqın mərkəzlərində yerləşdirilmək təklif edilib. Lakin narahatlıqlar var ki, Britaniyaya getmək istəyən bəzi miqrantlar hələ də orada qalmaq istəyərlər. Böyük Britaniya bu düşərgədən təqribən 1300 kimsəsiz uşağın qəbuluna başlayıb. Xeyriyyə cəmiyyətləri Fransa hökumətinə yetkinlik yaşına çatmayanlarla müsahibələr aparmaq və Böyük Britaniyaya kimin köçürülməli olduğunu təsbit etmək üçün yardım edir.
Fransanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik səbəbilə uşaqlar yük konteynerlərinə köçürüləcək, cəngəlliyin qalan hissəsi isə söküləcək. Fransa ərazisində miqrantları yerləşdirmək üçün 7500 boş ev mövcuddur.  Çərşənbə axşamı isə çadırları və sığınacaqları dağıtmaq üçün oraya ağır texnika göndəriləcək.
Image result for Göçmenler
Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, “zor tətbiq edilməyəcək, amma miqrantlar və ya QHT-lər narazılıq edərsə, polis müdaxilə etməyə məcbur olacaq”. “Cəngəllik”də əsasən Afrika və ya Orta Şərqdən miqrantlar yaşayır. Bu düşərgə Kale hava limanının yaxınlığındadır. Rəsmi məlumata görə, orada 7000 miqrant yaşayır, hüquq müdafiəçiləri isə orada 10 min şəxsin olduğunu deyir. İnsanların sayı artsa da, düşərgənin ərazisi kiçildilib. Burada insanların sayı artdıqca zorakılıq barədə məlumatların sayı da artıb. Bir çox miqrant Britaniyaya keçmək üçün bu istiqamətdə  gedən yük maşınlarında gizlənir.
 
“Cəngəllik”də çıxan yanğın və ölən miqrantlar
Amma bir məqamı da qeyd edək ki, Fransa rəsmilərinin düşərgənin boş olması iddialarına baxmayaraq Kaledə “Cəngəllik” adlanan düşərgədə bir neçə yüz miqrant qalıb. Bu barədə hadisə yerindəki BBC jurnalistləri xəbər verir.  BBC-nin Avropa müxbiri Gavin Lee deyir ki, ərazidə 200-ə yaxın kimsəsiz azyaşlı gecələməyə yer tapmır.
Image result for Göçmenler
Bazar ertəsindən etibarən təxminən 5.600 nəfər düşərgədən qəbul mərkəzlərinə köçürülüb, hökumət bildirib. Onların sırasına 1500 müşayiət edilməyən azyaşlı daxildir. Söküntü briqadası köçürülən miqrantlar tərəfindən törədildiyi güman edilən yanğınlara baxmayaraq zonanı çadır və sığınacaqlardan təmizlənməyə davam edir. 
Böyük Britaniyaya çatmaq istəyən ümidsiz sakinlərin yerləşdiyi düşərgə Avropa miqrasiya böhranın əsas rəmzinə çevrilib.  “Save the Children” (Uşaqları Xilas Et) təşkilatından Dorothy Sang bazar ertəsi BBC-yə bildirib ki, yüzlərlə uşaq yetkinlik yaşına çatmayanlar üçün əraziyə nə daxil ola bilib, nə də ki burada qeydiyyatdan keçməyə müyəssər olub.
Cümə axşamı günü miqrantlar avtobusları gözləyiblər. “Yanğınlar tüğyan edəndə düşərgə təmizləndi, amma uşaqlar üçün qeydiyyat prosesi bağlandı və konteynerlər dolu idi. Ona görə də uşaqların gedə biləcəyi yer yox idi”, o deyib. Əlavə edib ki, bir çoxları qaçıb və onların yeri məlum deyil. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Fransa hakimiyyəti azyaşlılar da daxil olmaqla Kaledəki bütün uşaqlara cavadehdir.  “Cəngəllik”dən ümumilikdə 5596 nəfər, o cümlədən uşaqlar köçürülüb.
Image result for Göçmenler
Xanım Buccio yerli KİV-ə miqrantların yola düşməzdən əvvəl öz evlərini dağıtmasının əhali arasında ənənə olduğunu deyib. Bazar ertəsi təmizləmə işləri zamanı düşərgədə yanğınlar baş verib. Yanğın zamanı bir nəfərin yaralandığı bildirilir.
Düşərgədə təmizləmə əməliyyatı üçün 1200-dən çox polis əməkdaşı əraziyə yeridilib.
Həftənin əvvəlindən bəri Fransa hakimiyyəti minlərlə insanı siyasi sığınacaq istəmək üçün sığınacaqlar və xüsusi mərkəzlərə toplayır. Düşərgədə bazar ertəsi təmizləmə işləri zamanı yanğınlar baş vermilşdi.
Düşərgənin sakinlərinin sayı ilin əvvəlində yarıya endirilsə də, sayı artmaqda davam edib və zorakılıq barədə məlumatlar artıb. Bir çox miqrant La-Manş tunelinə daxil olarkən özlərini yük maşınlarında gizlətməyə cəhd göstəriblər. Sahədə həm yerli sakinlər, həm də yük maşını operatorları etiraz aksiyaları keçiriblər. 
Düşərgələr sökülür, polislə miqrantlar toqquşur
Xatırladaq ki, daha öncə Fransa prezidenti Fransua Olland Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcəyini bəyan edib. O, paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: “Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik”.
Image result for Göçmenler
Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.
Yunanıstanın Oreokastro şəhəri yaxınlığındakı qaçqın düşərgəsində polislə miqrantlar arasında toqquşmalar baş verib. Etiraz aksiyası keçirən qaçqınlar polisə daş atıb, asayiş keşikçiləri isə buna cavab olaraq səs qumbaralarından istifadə edib. Etiraz aksiyası düşərgənin yaxınlığında baş verən yol qəzasından sonra başlayıb. Belə ki, yerli sakin 35 yaşlı suriyalı qadın və onun 10 yaşlı oğlunu avtomobillə vurub. Qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
 Qeyd edək ki, Avropada miqrant böhranı başlayandan Yunanıstana 1,5 milyon qaçqın gəlib. “Balkan marşrutunun” bağlanması ilə əlaqədar bu ilin fevralından etibarən  60 min miqrant Yunanıstanda məskunlaşmalı olub.
Macarıstan klassik mövqedə - miqrantlara qarşı sərt və soyuq
Macarıstanın baş naziri Viktor Orban aşağı fəallığa baxmayaraq məcburi Aİ kvotalarına görə keçirilən referendumda qalibiyyəti açıqlayıb. Seçkidə iştirak edənlərin 98 faizi hökumətin çağırışına uyğun olaraq Aİ planından imtina etməyə səs verib. Aİ-nin planına görə, bloka üzv ölkələrdə 160 min miqrantın yerləşdirilməsi nəzərdə tutulub. Onlardan 1294-ü Macarıstanın payına düşür. Miqrantlar əsasən Suriya, İraq və digər Yaxın Şərq və şimali Afrika ölkələrindəndir.  Səsvermədə seçicilərin 50 faizinin iştirak edilməsinin tələb olunmasına baxmayaraq seçici fəallığı 43 faiz olub.
Bu hal müxalifətə əsas verib ki, referendumun nəticələrinin etibarsız olduğunu iddia etsinlər. Müxalifət lideri Ferenc Gyurcsanynin sözlərinə görə, aşağı fəallıq insanların əksəriyyətinin hökuməti dəstəkləmədiyinin göstəricisidir. Lakin hakimiyyət sözçüsü səsvermənin nəticələrinin etibarsız sayıla bilməyəcəyini bildirib.
Image result for Göçmenler
Orban Aİ liderlərini referendumun nəticələrinə diqqət yetirməyə çağırıb və xəbərdarlıq edib ki, referendum nəticələrinin tanınmasının məcburi edilməsi üçün ölkə konstitusiyasına dəyişikliklər edəcək. Ötəl il miqrant böhranı zamanı Macarıstan Almaniyaya və digər Aİ məntəqələrinə gedən Qərbi Balkan marşrutunda tranzit dövlət idi. Axını cilovlamaq məqsədilə ölkə Serbiya və Xorvatiya ilə olan sərhədləri bağlamışdı. Tədbir ölkə daxilində dəstəklənsə də, insan hüquqları qrupları tərəfindən tənqid olunub.
Referendum zamanı seçicilərə “Siz Avropa İttifaqının Milli Məclisin təsdiqi olmadan Macarıstan vətəndaşı olmayan şəxslərin Macarıstanda məcburi yerləşdirilməsi mandatına sahib olmasını istəyirsinizmi?” sualı ünvanlanıb.
 
Aİ təklifi bloka daxil olmaq istəyən miqrantlar və qaçqınlar üçün əsas giriş nöqtələri olan Yunanıstan və İtaliyaya təzyiqi azaltmaq məqsədi daşıyır. Ötən ilin dekabrında Macarıstan Aİ planına qarşı ərizə ilə məhkəməyə müraciət edib.
Almaniyanın hüquq mühafizə orqanları yerli miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən 280 minə yaxın əcnəbi barədə axtarış elan edib. Bu barədə Federal Cinayət Polisi İdarəsindəki mənbə məlumat verib. Axtarışda olan şəxslərin sayının belə kəskin artması Almaniya tarixində ən böyük miqrant böhranı ilə izah edilir. Hakimiyyət orqanlarının məlumatına görə, bu il AFR-ə əsasən Yaxın Şərq və Şimali Afrikadan olan 890 min qaçqın gəlib.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam