Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədən Avropaya təhdid:Mühacir axını ilə bağlı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Ankara ilə Amsterdam arasında gərginliyin davam edəcəyi təqdirdə Türkiyə rəhbərliyinin sərhədi açmağa hazır olduğunu və hər ay Avropaya 15 min qeyri-qaynuni mühacir göndərəcəyini bəyan edib.

Yenixeber.org:   “Mən Avropaya müraciət edirəm, siz elə cəsarətlisiniz? İstəyirsiniz hər ay sizə buraxmadığımız 15 min qaçqının yolunu açaraq sizə baş ağrısı yaradaq? ” – deyə Soylu bildirib.

Bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da Aİ ölkələrini qaçqınlarla bağlı sazişi ləğv etməklə və Avropanı mühacirlərlə “doldurmaq”la hədələmişdi.

2016-cı ilin martında Aİ Türkiyə ilə saziş imzalayıb. Sazişə görə, Türkiyə 6 milyard avroluq yardımın və vizasız rejimin qarşılığında Aİ-nın göndərdiyi qaçqınları qəbul etməlidir.

Bu ilin mart ayında Türkiyə ilə Niderland arasında gərginlik yaranıb.

Belə ki, Niderland rəhbərliyi referendumla bağlı türk vətəndaşları qarşısında çıxış etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun ölkəyə səfər etməsinə etiraz edib.

Türkiyə tərəfi isə öz növbəsində cavab tədbirləri görüb.

Niderlanddan Türkiyəyə bütün diplomatik reyslər ləğv edilib, Niderlandın məzuniyyətdə olan səfirinin geri qayıtmasına icazə verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam