Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Medvedevin istefasına çağırış: 150 mindən çox imza toplandı

medvedİnternet saytı vasitəsilə Rusiya baş nazirinin istefasına çağırış 150 mindən artıq adamın dəstəyini qazanıb.

Xeberinfo.com:   Petisiya change.org saytında yerləşdirilib.

Bu həftənin əvvəlində Dmitri Medvedev maaşlarından narazı olan müəllimlərə yeni iş axtarmaq məsləhətini verib. Bu bəyanat tənqidlərə səbəb olub. “Pul qazanmaq istəyirsinizsə, bunu etmək üçün bir sıra gözəl yerlər var. Elə həmin biznesi götürün”, baş nazir müəllimlərlə keçirilən görüşdə deyib.

Rusiya prezidentinin adına yazılmış çağırış mətnində deyilir ki, nazirlər kabinetinə “səriştəli, savadlı və ölkəyə canı yanan adam” başçılıq etməlidir.

Daha bir petisiyanın müəllifi müəllimlərin maaşları ilə bağlı ifadəsinə görə baş nazirdən üzrxahlıq tələb edir.

May ayında Krıma səfəri vaxtı yerli sakinlərlə görüşən Dmitri Medvedev büdcədə təqaüdlərin indeksasiyası üçün vəsaitin olmadığıni demişdi. Baş nazirin bu barədə ifadəsi sosial şəbəkələrdə istehza ilə qarşılandı.

Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi deyib ki, Kremldə petisiya ilə tanış olmayıblar.

Dmitri Peskovun sözlərinə görə bəzi bölgələr müəllimlərin maaşlarının qaldırılması barədə prezident sərəncamını yerinə yetirməkdə çətinliklərlə üzləşir. Hərçənd ki, mətbuat katibi bu sahədə işin davam etdirildiyini bildirib. (BBC azeri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam