Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Medvedev: “Pul yoxdur! Möhkəm olun” - VİDEO

 

600@0
Krıma səfər edən Rusiya baş naziri Dmitri Medvedevin dediyi sözlər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Xeberinfo.com:   Məlumata görə, təqaüdlərin azlığından şikayətlənən əhaliyə Medvedev “Pul yoxdur möhkəm olun” deməklə kifayətlənib.
Baş nazir təqaüdlərlə bağlı problemlərin olduğunu etiraf etsə də onun cavabı həddindən artıq konkret və qısa olub: “Pul yoxdur”. Onun qısa videosu isə Krım sakinləri tərəfindən “Youtube”da yerləşdirilib.
Krım əhalisi ilə görüşən baş nazirə qadınlardan biri təqaüdlərin azlığından şikayətlənərək “pul o qədər azdır ki, bununla yaşamaq mümkün deyil” deyə bildirib.

Dmitri Medvedyevin Krım əhalisi ilə görüşü

Dmitri Medvedyevin Krım əhalisi ilə görüşü

“Bu təqaüdlə yaşamaq mümkün deyil. Qiymətlər dəhşətli dərəcədə bahadır. Artıq gücümüz qalmayıb. Bizə düzgün indeksləşmə hesablanmayıb. Bizi incidirlər hətta 4 % belə vermirlər. 8 min rubl (178 AZN) həddindən artıq azdır”, - deyə qadın Medvedevə öz şikayətini bildirib.
Baş nazir qadına cavabında problemlərin olduğunu etiraf edərək bildirib ki, problem bütün ölkədə mövcuddur: “Odur ki, problem bütün ölkədə həllini tapmalıdır. Yalnız bir regionu ayıraraq oradakı təqaüdləri qaldırmaq olmaz”.

“Hazırda pul yoxdur. Pul tapaq indeksasiyanı tətbiq edəcəyik. Siz burada möhkəm olun. Sizə ən xoş arzular, yaxşı əhval ruhiyyə və sağlamlıq diləyirəm sağ olun”, – deyərək baş nazir əhali ilə xudahafizləşib.
Əhali Medvedevin bu cür dürüst cavabını bəyənib və ona sağ ol deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam