Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Almaniya Rusiyanın tərəfdaş statusunu ləğv edir

bundestaqAlmaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı yeniləyəcək.

Xeberinfo.com:  “Die Welt” nəşrinin verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.

Almaniya Müdafiə Nazirliyinin hazırladığı 80 səhifəlik sənəddə qeyd edilib ki, Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır. Buna görə də Rusiya “Soyuq Müharibə”dən sonra Avropada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib.

Sənəddə vurğulanıb ki, Rusiya kursunu dəyişməsə, gələcəkdə Avropada təhlükəsizlik üçün təhdid olaraq qalacaq.

Sənəddə ümumilikdə Almaniya üçün 10 təhdid sadalanıb. Bu sırada beynəlxalq terrorizm, radikal millətçilik, miqrasiya məsələsi və əhalinin sayının artması ilə bağlı epidemiya riski də yer alıb.

“Ağ kitab” yeni redaksiyada yay tətilinə qədər Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam