Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gülənlə mübarizə “Qırmızı Kitab”a salınıb

 

Türkiyədə hökuməti “parallel hökumət” ilə mübarizədə önəmli mərhələyə qədəm qoyub.

 

"Xeberinfo.com":  Türkiyə mediasına istinadən məlumata görə, Milli Təhlükəsizlik Şurasının “paralel hökumət”ın təhdid olaraq “Qırmızı Kitab”a daxil edilməsini prosesini tamamlayıb.

 

Milli Təhlükəsizlik Şurasının əvvəlki konfransında qəbul olunan tövsiyə qərarı Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yenidən qurumun Baş Katibliyinə göndərilib.

 

“Paralel hökumət”nın “Qırmızı Kitab”da konkret olaraq necə təsvir edildiyinə dair hər hansı bir şərh verilmir. Ancaq bəzi iddialara görə, “Legal görüntü altında qeyri-qanuni fəaliyyətlə məşğul olan paralel hökumət" ifadəsi yer alıb. “Paralel Dövlət Yapılanması” təhlükəsizlik yazışmalarında “PDY/PO” olaraq kodlanır. Bu ixtisar isə “Paralel Dövlət Yapılanması/Pensilvaniya Təşkilatı” olaraq oxunur.

 

Qeyd edək ki, “Qırmızı Kitab” məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədidir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam