Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Qarabağdakı münaqişəni Putin alovlandırdı"

rabinovichTanınmış rusiyalı ekspert Kreml rəhbərini ifşa etdi

«Azərbaycan qazının Avropaya çıxışının qarşısını almaq üçün Putinə bu regionda savaş lazımdır»

Xeberinfo.com:   Tanınmış rusiyalı maliyyəçi Slava Rabinoviç “Qarabağ münaqişəsində Putinin marağı” adlı ifşaedici təhlil yazısı ilə çıxış edib.  Yazıda son günlər Qarabağ münaqişəsi ilə bağlı yaşanan gərginliyin əslində Putinin planlı bir oyunu olduğu və Rusiya prezidentinin bütün bunları azalan reytinqini yüksəltmək naminə etdiyi bildirilir.

Krım, Donbas, Suriya və Qarabağ…

Rabinoviç xatırladır ki, dünya Putinin bu “reytinq oyununa” ilk dəfə şahid olmur. Məsələn, 2013-cü ildə Putin səbəb olduğu iqtisadi və iqtisadi cinayətlərə görə cavab verməmək, kəskin azalan nüfzunu yüksəltmək və prezident kürsüsünü itirməmək üçün Krımın ilhaqına qərar verir. Və 2104-cü ilin əvvəlindən bu məkrli planın icrasına başlanılır. Bununla da “Putin qalibdir”, “Putin rus torpaqlarına sahib çıxır” şüarları havada uçuşmağa və reytinq yüksəlməyə başlayır.  Ardınca növbəti plan Donbas olur. Yüzlərlə ukraynalı əsgər həyatını itirir, mülki əhalindən ölənlər olur, “Boinq” vurulur və son nəticədə reytinq yenə tavana qalxır.

Bununla kifayətlənməyən Kreml rəhbəri Suriyaya əl atır. Ictimai bəyanatlarda hədəfin IŞID-lə mübarizə olduğu bildirilir.

Sözdə IŞID, əməldə Əsəd…

Əslində isə əsas məqsəd Əsədi xilas etmək olur: “Paralel olaraq Suriyadakı türkmənlərin başına bombalar yağdırılır. Türklər qan qardaşlarının – türkmənlərin qətlinə, həmçinin ölkənin hava məkanının rus qırıcıları tərəfindən pozulmasına etiraz edirlər. Türkiyənin hava məkanını pozan rus təyyarəsi vurulur. Türkiyə ilə bağlı “embarqo” siyasətinə qərar verilir – türk pomidorlarına qadağa qoyulur, türk tələbələr rus ali məktəblərindən qovulur. Və reytinq yüksələrək 90 faizə çatır.

Belçikada silsilə teraktlar olur. Və Cirinovskiy efirə çıxaraq “Qoy, ölsünlər, Avropanı partlatmaları bizə sərfəlidir” deyir. Qəfildən reytinq aşağı düşür. Nə baş verdi? Putinin növbəti avantürası barədə kimlər yazmadı?! Hamı yazdı – Andrey Piontkovskiy, mən və başqaları. Hamının fikri eyni idi. Növbədə böyük ehtimalla Ermənistan, Azərbaycan və Dağlıq Qarabağdır!”.

“Buranı partlatmaq, oranı yandırmaq lazımdır”

Rabinoviç yazır ki, hər şey gözlənildiyi kimi olub və Putin reytinq naminə Dağlıq Qarabağda gərginlik yaradıb: “Putinin niyyətini çözmək necə də asan olub. Reytinq, yenə də reytinq! Bunun naminə buranı partlatmaq, oranı yandırmaq lazımdır”.

Qarabağdakı gərginliyi və itkiləri xatırladan müəllif deyir ki, Suriyadakı son təcrübədən sonra Putin üçün istədiyi yerə qoşun yeritmək daha asandır: “Dağlıq Qarabağ Respublikası” Rusiyanın müstəqil Azərbaycanda süni yaratdığı bir məkandır. Eynilə Gürcüstanda Abxaziya və Osetiya, Ukraynada “DNR” və “LNR” kimi. Hamısının məqsədi birdir – bu cür təxribatlar törətmək. Və son nəticədə onları zəiflədərək keçmiş müstəmləkələri postsovet orbitinə qaytarmaq. Diqqət yetirin, Azərbaycan neft-qaz sahəsində uğurlu danışıqlar həyata keçirəndə, yaxud ABŞ və Avropa ilə münasibətləri yoluna qoyanda əlavə bir qəpiyi belə, olmayan Ermənistan mübahisəli ərazilərdə dərhal “atəşə başlayır”. Özü də Rusiyanın köməyi və pulları ilə”.

“Cənub Qaz Dəhlizi” Putinin boğazında qalan sümükdür”

Azərbaycan prezidentinin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə Qarabağ münaqişəsi və “Cənub Qaz Dəhlizi” ilə də bağlı söhbət aparıldığını deyən müəllif cəmi bir neçə saat sonra Putinin cəbhədə vəziyyəti gərginləşdirdiyini və savaşı alovlandırdığını bildirir: “Putinə reytinq və bonus lazımdır. “Cənub Qaz Dəhlizi” də bu “odda yanmalıdır”. Ermənistan isə bu məsələdə sadəcə girovdur. “Cənub Qaz Dəhlizi” Putinin və “Qazprom”un boğazında qalan sümükdür. Azərbaycan qazının Avropaya çıxışının qarşısını almaq üçün Putinə bu regionda savaş lazımdır. Üstəlik Ermənistan Rusiya üçün bu regionda əsas hərbi anklavdır. Putin orada öz hərbi bazalarını saxlayır. Putinin taktikası belədir – Ermənistan birinci başlayır. Cavab alandan sonra da haray salır ki, onlara hücum edirlər. Bu, sırf kremlsayğı “çekist taktikası”dır. Və Qafqazda, Ukraynada, Donbasda dəfələrlə təcrübədən keçirilib. Ona qədər də Finlandiyada (1939) və Şərqi Avropada. Putin recimi artıq savaşsız keçinə bilmir. Putin hələ iki il əvvəl bütün ölkəni bu narkotikdən asılı vəziyyyətə salıb. Son 24 ayda bu asılılıq daha da artıb. Biz münaqişədən-münaqişəyə keçid edən Rusiyanın gözlənilən çöküşünün ilk simptomlarına şahid oluruq. Putin reîjimi özünə yeni-yeni düşmənlər yaratmaqda davam edir. Bu düşmənlər əvvəl postsovet məkanında idi, indi isə bütün dünyada”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam