Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Azərbaycan böyük təhlükə qarşısındadır”

 

"Soçi görüşü bitməyib, hələ bunun davamı olacaq”.
 "Xeberinfo.com": Bu fikri Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. 
O bildirib ki, Putinin əsas məqsədi Qafqazda müharibə başlatmaqdır: “Putin bu dəqiqə çıxılmaz vəziyyətdədir. O, Ukraynada məğlubiyyətlə üzbəüzdür. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bununla Putin  istəyir ki, Qərbin bütün diqqətini Cənubi Qafqazın üzərinə salsın. Nəticədə isə onların məqsədi Qərbi özlərinə yalvartmaqdır ki, Qafqazda başlanılan müharibəni  sona çatdırsınlar. Bu baş tutarsa, regionda  "bazarlıq" yaranacaq. Putin də Qərbdən tələb edəcəkdir ki, Ukraynadan tamamilə əl çəksin”.
Politoloq bidirib ki, Rusiya Azərbaycanı  öz məqsədləri üçün  müharibəyə sürükləməyə çalışır:
“Son günlər Jirinoviski və digər rusiyalı politoloqların  Azərbaycanın istədiklərini söyləməsi heç də təsadüfi deyil. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, guya Moskvanın bütün partiyaları Azərbaycanın tərəfindədir. Göründüyü kimi son günlər  rusiyalı ekspertlər həm də fikirlər səsləndirirlər ki, Azərbaycan torpaqlarını indi azad edə bilərsə, edəcək. Yoxsa başqa zaman bu Azərbaycan üçün çətin olacaq. Əslində isə onlar Azərbaycanı aldatmağa çalışırlar. Rusiya düşünür ki,rəsmi Bakı bu fikirlərə inanaraq, Ermənistan üzərinə hücuma keçəcək. Sonra isə Putin dünyaya bildirəcək ki, Azərbaycan tərəfi təcavüzkar  dövlətdir. Yəni biz bu cür dəhşətli təhlükənin qarşısındayıq.  Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, bundan sonra yenidən Putin prezidentlərin görüşünü təşkil edəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri 10 avqust tarixində Rusiya prezidenti Putinin dəvəti ilə  Soçidə görüşüblər.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam