Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Bizə quyu qazanı həmin quyuda basdıraraq…”

600@0 (1)
Artıq PYD/YPG-nin PKK-nın bir qolu olan terror təşkilataları olmasını reallaığını qəbul etməsi lazımdır. Bu illər öncədən bizə məlum idi. Bu təşkilatların terror təşkilatı olduğunu qəbul etmək üçün mütləq PKK- PYD-nin bombalarının Ankaranı yox, başqa bir paytaxtı partlatmağı lazımdır? Belə vicdansızlıq, duyğusuzluq olar?”.

Xeberinfo.com:   Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident artıq bu komediyaya son verilməli olduğunu deyib. “Mən PKK ilə birlikdə hərəkət edirəm deyən bir təşkilata “yox sənin PKK ilə əlaqən yoxdur” demək bizim və bütün dünyanaın ağlını lağa qoymaq deməkdir. Bizi isə heç kimin araya qoymağa ixtiyarı yoxdur”.
Onun sözlərinə görə, Türkiyə güclü bir ölkədir və ona quyu qazanı həmin quyuya basdıraraq, imza atanı o imzanın utancına qərq edərək, kəm söz deyəni bu sözün ağırlığı altında əzərək Allahın icazəsi ilə hər şeyin öhdəsindən gələcək.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Ərdoğan deyib ki, ölkəsi ötən ilin iyul ayından bu günə kimi 300-dən çox təhlükəsizlik qüvvəsi əməkdaşının şəhid olması ilə nəticələnən, dünyada yaxın tarixdə bənzəri görünməyən bir terror hücumu ilə qarşı-qarşıyadır. “Şanlıurfada, Diyarbakırda, Ankarada, İstanbulda canlı bomba hücumlarında 200-dən çox vətəndaşımızı itirmişik.

Kürdlər ölkəmdə mənim vətəndaşım, qardaşımdır. Bizim kürd qardaşlarımızla heç bir problemimiz yoxdur. Problem terrorçularladır. Maşını ilə onlara silah daşıyan, onlara canlı qalxan olan, evini terrorçulara açan, onların hər aksiyasında qabaq sırada yer alan millət vəkilləri isə deputat yox, terroristin özüdür”. O, dünyanın heç bir yerində kamikadzeyə dəstək çıxan siyasətçinin olmadığını deyib.
Türkiyənin dövlət başçısı Suriyada atəşkəs haqqında əldə edilən razılaşmanı alqışlayıb, o bunun müsbət hal olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam