Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik” -Türkiyə prezidenti

Türkiyə prezidenti ABŞ-ın Türkiyə və PKK terror təşkilatı arasında seçim qarşısında qaldığını bəyan edib

Yenixeber.org:  “Fətullahçı Terror təşkilatı dünyanın 160 ölkəsində təhsil müəssisələri yaradıb, həmin ölkələrdə hakimiyyətdə olan insanların övladlarını bu məktəblərə cəlb edirlər. Bu uşaqlara dünyanın yeganə imamının Fətullah Gülən olduğu söylənir”.

Bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyədə olduğu kimi bu yolla həmin ölkələri də ələ keçirməyə çalışır. Türkiyə prezidenti PKK terror təşkilatı, bu terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edən ABŞ və digər ölkələri çətin günlər gözlədiyini də vurğulayıb: “Son dövrlər Türkiyədə PKK terrorçularının dağlarda 65 mağarası aşkarlanıb, 600-dən çox terrorçu öldürülüb. Namərd qaçar, mərd döyüşər. Bölgədə kiminlə yola çıxmaq barədə fikri qarışıq olanlar bir daha düşünsün. Türkiyə dövləti bir yanda, hər kəsin istifadə etdiyi terror təşkilatı bir yandadır, bu ikisi arasında seçim etmək lazımdır”.

Türkiyə prezidenti Qərb ölkələrinin Türkiyəyə fövqəladə vəziyyət rejimi ləğv etməsi yönündə suallar ünvanlamasına da toxunub: “Fransada 15-20 terrorçu baş qaldırdı, indiyə qədər Fransada fövqəladə vəziyyət rejimi davam edir. Türkiyədə dövləti yıxmağa çalışdılar, 15  iyul dövlət çevrilişinə cəhd zamanı yüzlərlə insan şəhid, qazi oldu. Nə üzlə bizə fövqəladə vəziyyət rejiminin ləğv edilməli olduğunu söyləyirsiniz? Fövqəladə vəziyyət rejimini ölkəmizdə əmin-amanlıq bərqərar olana qədər ləğv etməyəcəyik. Fövqəladə vəziyyət rejimi bu gün ölkədə kimin həyatını çətinləşdirir? Fabriklər, zavodlar işləmir?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam