Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin sanksiyaları özünü vurur

Vladimir Putin

Rusiyanın Türkiyə ilə münasibətlərini gərginləşdirməsi Türkiyədən çox Rusiyanın özünə zərər vuracaq.

Xeberinfo.com:   Məlumata görə, Rusiya prezidenti Vladimir PutinTürkiyənin rus qırıcısını vurmasının “ağır nəticələrə” səbəb olacağını deyib.
İş o yerə çatıb ki, Rusiya Suriyadaözünün müasir C-400 zenit-raket kompleksini də yerləşdirib. Məqsəd isə hər kəsə aydındır – onlar Suriyanın hava sərhədini keçərsə, Türkiyənin təyyarələrini məhv edəcəklər.
Bununla belə, Rusiyanın hərbi təhdidləri nə qədər təhlükəli səslənirsə, onun digər təhdidləri heç də ağlabatan sayılmır. Ölkə prezidenti Vladimir Putin Türkiyədə əsas qaz borusu tikintisi və digər enerji layihələrini donduracağını bildirib. Lakin bu, Türkiyədən çox Rusiyaya iqtisadi və geosiyasi zərər vuracaq.
Məsələn, Rusiya Ukrayna münaqişəsindən sonra Rusiya ilə Almaniyanı birləşdirəcək“Şimal axını-1″ qaz borusu layihəsinin tikintisinə başlayıb. Lakin Avropa İttifaqı bu borunun tikintisində iştirak etməkdən imtina edəndən sonra Rusiya bu layihəni dondurub.


“Şimal axını-1″ layihəsinin marşrutu

Sonda Rusiya bütün diqqətini “Türk axını” layihəsinə yönəldib. Məqsəd isə qazın Ukraynadan yan keçməklə Avropaya çatdırılmasını təmin etmək və qaz ötürülməsində Ukrayna tranzitindən asılılıqdan xilas olmaq idi.
Lakin noyabrın 24-də Türkiyənin F-16 qırıcısı Rusiyaya məxsus SU-24 hərbi təyyarəsini vurandan sonra Rusiya “Türk axını”nın da dayandırıldığını bildirib.
Bununla belə, Rusiya Ukrayna tranzitindən xilas olmaq üçün sentyabr ayında daha bir yol tapmışdı. Bu, “Şimal axını-2″ layihəsi idi. Həmin boru xəttinin marşrutu “Şimal axını-1″inki ilə eyni idi və ötürücülük qabiliyyəti əvvəlkindən 2 dəfə çoxdur.
Lakin, görünür, Mərkəzi və Şərqi Avropa ölkələri də bu layihənin əleyhinədirlər və səsvermə zamanı veto hüququndan istifadə edərək onun reallaşmasına qarşı çıxacaqlar.
Bir sözlə, Rusiyanın aqressiv xarici siyasəti və bunun müqabilində ona qarşı tətbiq edilən sanskiyalar ölkəni sıxışdırır. Rusiyanın iqtisadi əlaqələr qurduğu ölkələrin sayının getdikcə azalması onun geri addım atmasına, nisbətən yumşalmasına gətirib çıxarıb.
Bu yaxınlarda Rusiyanın energetika naziri Aleksandr Novak Rusiyanın Ukraynanın qazını kəsməyəcəyini və Avropaya qaz nəqlini təhlükəyə atmayacağını bildirib.


Aleksandr Novak – Rusiyanın energetika naziri

“Ukrayna Rusiyadan qaz alacaq. Çünki hər ikimiz hər bir halda Avropa istehlakçıları üçün etibarlı qaz təchizatçısıyıq”, – deyən Aleksandr Novak Avropanın ölkəsi üçün əhəmiyyətini bir daha vurğulayıb.
Ümumiyyətlə, Qərbin Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ölkə rəhbərliyini daha diqqətli və ehtiyatlı davranmağa vadar edib. İllər ərzində Rusiya Qərbi hədələmək üçün qaz təchizatından siyasi silah kimi istifadə edib.
Lakin bunun o qədər də fayda vermədiyini, alternativ variantların mövcud olduğunu görüb. Bundan başqa, ölkənin enerji bazarındakı yerini və payını itirmək ehtimalı da var. Məhz bu səbəbdən Rusiya enerji təchizatı siyasətini nisbətən yumşaltmağa məcbur olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam