Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ərdoğan Putinin üzr istəmək tələbini rədd etdi

 

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə rəhbərliyi ikitərəfli münasibətləri qəsdən dalana aparır.

Xeberinfo.com:   Putin noyabrın 26-da Moskvada 15 ölkənin yeni səfirini qəbul edərkən bildirib ki, Türkiyədən üzrxahlıq və Rusiya təyyarəsinin vurulması, pilotun ölümünə görə kompensasiya təklif edilməsini, bu hadisəni törədənlərin cəzalandırılmasını gözləyir.

Putin həmçinin qeyd edib ki, İŞİD bir neçə ölkənin passivliyi və xüsusilə terrorçularla birbaşa əlbir olmasına görə yaranıb.

“Kreml təyyarənin vurulması ilə bağlı hələ də Ankaradan ağılabatan açıqlama gözləyir və Türkiyəyə qarşı sanksiya və ya ərzaq embarqosu tətbiq eləmək fikrində deyil”. Bunu isə Kremlin sözçüsü Dimitry Peskov bildirib.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bundan əvvəl Türkiyədən idxal olunan ərzaq və kənd təsərrüfatı məhsullarına nəzarətin gücləndirildiyini bildirmişdi. Amma Peskov deyib ki, Türkiyəyə qarşı elə bir embarqo qoymaq fikrində deyillər.

***

Putinin Türkiyədən üzrxahlıq istəyinə cavab özünü yubatmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bununla bağlı deyib ki, Rusiyadan üzr isətməyəcəklər. Əksinə, hava sərhədlərinin pozulmasına görə Türkiyədən üzr istənilməlidir. “Üzr istəməli olan bir tərəf varsa, bu, biz deyilik. Hava sərhədimizi pozanlar üzr istəməlidir”.

Ərdoğan prezident sarayında kəndlərin rəhbərləri ilə keçirdiyi ənənəvi toplantı da isə bu mövzuda daha sərt bəyanatlar səsləndirib. O, Rusiya təyyarəsinin Türkiyə hava sərhədini pozduğunu, dəfələrlə xəbərdar ediləndən sonra vurulduğunu təkrarlayaraq deyib ki, həmin sərhəd pozuculuğu bu gün də olsaydı, Türkiyə yenə eyni addımı atardı.

Rusiya prezidentinin Türkiyəni İŞİD-lə neft biznesində ittiham etməsinə də Ərdoğan sərt cavab verib: “Çox ayıb, təəssüflər olsun. Türkiyənin bu anda nefti də, qazı da aldığı yerlər bəllidir. Biz bu sahədə ən böyük idxalı Rusiyadan edirik. Ondan sonra İrandan. Azərbaycandan, Şimali İraqdan da təbii qaz alırıq”.

Ərdoğan deyib ki, Türkiyə nə Rusiyaya, nə də bir başqa dövlətə qarşı hərbi müdaxilə vəziyyətində deyil. “Hər kəsdən suverenliyimizə hörmət və həssaslıq gözləyirik. Bütün dünyanın bizim haqlı olduğumuzu qəbul etdiyi bu hadisəni siyasi və iqtisadi əlaqələrimizə təsir göstərəck şəkildə genişləndirilməsini də doğru saymırıq”, – deyə o qeyd edib.

Türkiyə prezidenti Suriyada Türkmənlərə və Əsədə qarşı olan mötədil müxalifətə bundan sonra da dəstək verəcəklərini bəyan edib: “Bir daha bildirirəm – biz Bayırbucak Türkmənləri ilə Əsəd rejiminə qarşı mübarizə aparan mötədil müxalifəti dəstəkləyirik, dəstəkləyəcəyik. Çünki bunlar zülmə məruz qalanlardır, zərər çəkənlərdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam