Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyə bizi kürəyimizdən vurdu"

 

 

Rusiya prezidenti Vladimir Putin Suriyada “Su-24” tipli təyyarənin vurulmasına münasibət bildirib.
Xeberinfo.com:  Məlumata görə, Rusiya prezidenti Türkiyənin bu addımının “kürəkdən vurulan zərbə” olduğunu deyib. Putinin sözlərinə görə, Rusiya təyyarəsi Türkiyənin “F-16” qırıcısının “hava-hava” raketi ilə vurulub: “Su-24 tipli təyyarənin vurulması terrorizmlə mübarizə prinsiplərinə sığmır. Bu terrorçuların köməkçilərinin Rusiyanın kürəyinə vurduğu zərbədir”, - deyə Putin qeyd edib. 

Prezidentin sözlərinə görə, təyyarə Türkiyəni hədələməyib və bu ölkə sərhədlərindən bir kilometr aralıda olub: `Bugünkü cinayətlərin törədilməsinə əsla dözən deyilik. Rusiya həmişə Türkiyəyə qonşu dövlətlə yanaşı, dost ölkə kimi yanaşıb. Bunun kimə gərək olduğunu bilmirəm. Hər halda bizə gərək deyildi`.

O, əlavə edib ki, Su-24-ün Türkiyə tərəfindən vurulması Moskva və Ankara arasındakı münasibətlərə çox ciddi təsir edəcək.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam