Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Əliyevə rus təyyarəsi barədə məlumat verdim” – VİDEO

50558

 

Bakıda mətbuat qarşısına çıxan türk nazir TANAP-ın 2018-ci ilə kimi hazır olmasına çalışdıqlarını deyib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra birlikdə mətbuat konfransı keçirib.

Xeberinfo.com:   Türkiyə mətbuatına istinadla məlumata görə, nazir TANAP layihəsindən danışıb. O, bu layihənin qarşılıqlı etibar sayəsində həyata keçirildiyini deyib.
“Layihənin 2018-ci ildən tez bitməsi barədə razılaşmışıq. Gecə gündüz çalışacağıq. TANAP layihəsi Avropa daxilində güclərə də təsir edəcək”.
O, TANAP-ın Türkiyədən keçməklə enerji daşınması üçün ən etibarlı yol olduğunu deyib.

Davudoğlu qeyd edib ki, Türkiyə ilə Azərbaycan münasibətləri onlar üçün çox önəmlidir. “Ankarada kim iqtidara gəlsə öncə Bakıya səfər edəcək. Türkiyə və Azərbaycan sabit inkişaf edən iki ölkədir. Azərbaycanla olan münasibətlərimiz daima ən yüksək səviyyədə olub. Türkiyənin inkişafı, Azərbaycanın inkişafıdır”.
“Hədəfimiz indi 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyarda qaldırmaqdır. Müdafiə sahəsində də ortaq işlər davam edəcək. Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə hərəkət etməsi bizim üçün çox önəmlidir.

Türkiyə olaraq Qarabağla bağlı mövqeyimiz qətidir. Azərbaycana olan dəstəyimiz davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi adına atılacaq hər addıma dəstək verəcəyik”.
Baş nazir deyib ki, İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlərdən əlavə Suriya, Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib. İ.Əliyevə rus təyyarəsinin vurulması ilə bağlı məlumat verilib.
Prezident İlham Əliyev də bütün ölkələrin rahat yaşamasını istədiklərini deyib. “Türkiyə-Azərbaycan birlikdəliyi hər zaman yaxşı bərabərlikdir. Türkiyə güclü olduqca Azərbaycan da güclü olacaq.
TANAP layihəsinin icrasında heç bir problem yoxdur. Azərbayacanın zəngin qaz yataqları var. Əlbətdə bizim əsas ixrac yolumuz bəllidir, bu Türkiyədir”.



Türkiyənin baş nazirinin Bakıda qarşılanma mərasimindən görüntü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam