Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“TANAP-a Türkmənistan qazının daxil edilməsinə çalışırıq”

 

“Azərbaycan mənim öz vətənimdir. Azərbaycana səfərimdən məmnunam”.
"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur: “İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk”.
 
Nazir TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: “TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik”.
M. Çavuoşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam