Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə TANAP-dakı hissələrini satmağa hazırdır

 

Taner Yıldız: “Sərfəli təklif olsa, SOCAR da, biz də TANAP-dakı hissələrimizi sata bilərik”

"Xeberinfo.com":  Türkiyənin energetika naziri Taner Yıldız bu gün jurnalistlərlə söhbətində İranın TANAP qaz kəmərində paya malik olmağa maraq göstərməsinə münasibət bildirib.
Virtualaz.org saytı “Habertürk”ə istinadən xəbər verir ki, nazir SOCAR prezidenti Rövnəq Abdullayevin İranın TANAP-dan pay almaq istədiyinə dair açıqlamasını şərh edərkən deyib: “Sərfəli kommersiya şərtlərinin yaranması halında TANAP-da həm bizim hissələrimizin, həm də SOCAR-ın hissələrinin strateji iş birliyi də nəzərə alınmaqla satılması mümkün ola bilər”.
Taner Yıldız bildirib ki, hazırda TANAP-a müxtəlif ölkələrdən təkliflər var. Bu təkliflər həm kommersiya, həm strateji baxımdan araşdırılandan sonra ən doğru nəticəyə gəlinəcək.
Belə görünür ki, Taner Yıldız Türkiyənin və Azərbaycanın TANAP-dakı səhmlərinin bir hissəsinin satışının mümkünlüyü haqda danışıb. Lakin “bir hissəsini” sözünü ya jurnalistlər qarşısında danışanda tez-tez səhvlər buraxan Taner Yıldız işlətməyib, ya da “Habertürk” ixtisar edib. Çünki nə Türkiyənin, nə də Azərbaycanın TANAP-dakı hissələrinin hamısının kiməsə satışından söhbət gedə bilməz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam