Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya Bankından TANAP-a dəstək

 

Xəzərin təbii qazını Türkiyədən tranzit olaraq Avropaya daşıyacaq TANAP layihəsini Dünya Bankı da maliyyələşdirməyə hazırlaşır. 
Xeberinfo.com:  Əldə edilən məlumatlara görə Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üçün Dünya Bankı bir milyard dollar, Avropa İnvestisiya Bankı isə bir milyard avro yardım edəcək. 
Avropanın Rusiyadan asılılığını azaltması, Türkiyənin artan təbii qaz ehtiyacının ödənilməsi baxımından mühüm olan və Azərbaycanın Şah Dəniz 2 yatağındakı təbii qazı Avropaya daşıyacaq 9 milyard dollarlıq TANAP layihəsini  Dünya Bankı da dəstəkləyib. 
Dünya Bankının rəsmilərinin açıqlamalarında bildirilir:
"Enerji sektorunda çox strateji bir layihə olan TANAP-ın bir parçası olmağı düşünürük. BOTAŞ-a (Türkiyənin boru xətləri ilə neftin daşınması şirkəti) maliyyə məsələləri ilə bağlı yardımçı olacağıq. Layihənin ehtiyaclarının hamısını olmasa da bir 1 milyard dollarlıq hissəsini təmin edəcəyik. Bu məsələdə Avropa İnvestisiya Bankı ilə qarşılıqlı çalışırıq."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam