Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

RUSİYA-NATO MÜNASİBƏTLƏRİ DAĞILMA HƏDDİNDƏ!

 

Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulması hadisəsi nüvə müharibəsinə və ya Rusiya ilə NATO arasında geniş miqyaslı münaqişəyə səbəb olmayacaq.

Xeberinfo.com:   Ancaq bu hadisə son 15 il ərzində Rusiyanın münasibətində alyans ölkələrinə qarşı olan xoş məramın itdiyini bir daha göstərdi. Bu gün geniş miqyaslı qarşıdurmadan yayınmaq üçün ən vacib addımlar atılır. Məsələn, Suriya səmasında Rusiya və beynəlxalq koalisiya pilotlarının toqquşmasının qarşısını almaq üçün Rusiya–Amerika razılaşmasını nümunə göstərmək olar. (Deutsche Welle)

Qarşıdurmaya səbəb yarada biləcək yeni tədbirlər barəsində isə, demək olar ki, az qala hər saat xəbər verilir. Rusiya rəhbərliyinin Suriyanın Latakiya aviabazasında “S-400” Hava Hücumundan Müdafiə raket kompleksinin yerləşdirilməsini qərara alması, yeni insidentlərin baş verməsi riskini artırır. Moskvanın türk mallarının idxalına qadağa qoyması və qonşu ölkəyə turist səfərlərinin təşkilini əngəlləməsinə, çox güman ki, Ankara cavab tədbirləri ilə reaksiya verəcək. Digər tərfdən isə heç də hamar getməyən “Türk axını” qaz kəməri layihəsi təhlükə altındadır (görünür hər iki tərəfdən).

Bu arada isə Vaşinqton Suriya rejimi ilə maliyyə əlaqələrinə görə Kirsan İlyumjinova (Beynəlxalq Şahmat Federasiyasının prezidenti) qarşı sanksiya tətbiq edib. Ola bilər ki, haradasa bu az əhəmiyyət daşıyan bir faktdır, lakin öz məğzinə görə kifayət qədər maraqlıdır. Beləki, ABŞ administrasiyası Rusiyanı Suriya probleminin həll olunmasının iştirakçısı kimi yox, onun tərkib hissəsi kimi görür.

- İnamsızlığa aparan uzun yol

Bu günkü vəziyyəti Yeltsin dövrü ilə müqayisə etsək, bəlkə də ümumi vəziyyət o zaman daha dramatik idi. Çünki əgər biz Kreml ilə Qərb liderləri arasındakı fikir ayrılıqlarını yada salsaq, 1990-cı illərdə də belə halların mövcud olduğunu görərik. Balkan müharibəsi ilə bağlı məsələlərdə, İraqdakı Səddam rejiminə qarşı sanksiyalar və NATO-nun genişlənməsi ilə əlaqədar mövzular tərəflər arasında ciddi mübahisə predmeti idi. Ancaq bunlara baxmayaraq, razılığa gəlmək istəyi, fikir ayrılığından daha güclü olub. Hətta 1999-cu ildə Yuqoslaviyaya qarşı hərbi əməliyyat keçirilməsinə görə Rusiya-NATO arasındakı kəskin siyası münaqişə, Viktor Çernomırdinin Belqrada getməsi ilə tezliklə öz həllini tapdı və bombardmanlara son qoyuldu.

nato

Moskva ilə NATO arasındakı inamsızlıq heç yerə itməyib. Amma son üç ildə bu kritik səviyəyyə çatıb. Kremlin nöqteyi–nəzərinə görə, belə olması yaxşıdır. Çünki Vladimir Putin tərəfindən qurulmuş sistem üçün Qərbin və onun simvolu olan NATO-nun kənara itələnməsi – bu sistemin mövcudluğunu təmin edən şərtlərdən biridir.

Amma Krımın ilhaq edilməsi və Rusiya-Ukrayna münaqişəsinə qədər vəziyyət birbaşa qarşıdurmaya getməmək istəyi ilə yoluna qoyulurdu. Son iki ildə və əsasən də Rusiyanın Suriyada hərbi kampaniyaya başlaması ilə vəziyyət xeyli dərəcədə dəyişib. Qarşıdurma siyasətinin məntiqi gözlənilməz praktik nəticələrə aparır.

- Ankara və Brüssel Moskvaya qarşı

Türkiyə tərəfindən Rusiyanın “SU-24” təyyarəsinin vurulması, hadisələrin nəzarətdən kənar şəkildə inkişaf etməsinin bariz nümunəsidir. Tanınmış hərbi mütəxəssis Mark Qaleoti hesab edir ki, Türkiyə hakimiyyəti Rusiya bombardmançı təyyarəsini vurmağa hazırlaşırdı. Çünki onlar öz hava məkanlarının Rusiya təyyarələri tərəfindən mütəmadi şəkildə pozulmasından yorulmuşdular. M.Qaleottinin sözlərinə görə, 24 noyabr tarixində qısa müddətli olsa da, türklər öz sərhədlərinin pozulmasından istifadə edərək, rus təyyarəsini vurublar. Türkiyə prezidenti Ərdoğan, onların arxasında NATO müttəfiqlərinin dayandığını Moskvaya göstərmək istəyib və buna müvəffəq olub.

1990-cı illərdə Moskva vəziyyəti belə böhran həddinə çatdırmazdı, ikincisi isə münasibətləri kəskinləşdirməməyə çalışardı. Lakin bu gün Kremlin doxsanıncı illərdəki kimi hərəkət etməsi xeyli mürəkkəb məsələyə çevrilib. Vladimir Putin dəfələrlə və açıq şəkildə deyib ki, zəifləri döyürlər və ona görə də birinci vurmaq lazımdır. Bu məntiq çərçivəsində gərginlikdən qaçmaq mümkün deyil, ona görə ki, Qərbin, suriyalıların, iranlıların və öz ictimaiyyətinin gözündə zəif görünmək olmaz.

thumbmaker

Kreml Türkiyəyə qarşı iqtisadi təzyiqlər və Suriyada Hava Hücumundan Müdafiə raketləri yerləşdirmək kimi tədbirlər həyata keçirməyə çalışacaq. Ola bilər ki, Rusiyanın indiki hərəkətləri NATO ilə birbaşa münaqişəyə aparmasın, ancaq bütün bunların hamısı Kremlə qarşı inamsızlığı artırır. Çünki Ərdoğan Türkiyəsinin NATO-nun bəzi üzvləri ilə mürəkkəb münasibətlər yaşamasına baxmayaraq, müttəfiqlik həmrəyliyi istənilən fikir ayrılığından daha mühümdür.
Yeni insidentlərin yaranmaması üçün, Moskva və Ankara emisarlarının hansısa “yanğın söndürmə” tədbirlərlərini həyata keçirəcəklərini təsəvvür etmək olar. Ancaq yüksək siyası səviyyədə şübhəli yanaşmaların və qarşılıqlı inamsızlığın itəcəyini söyləmək olmaz. Bu isə çox təəssüf ki, yeni böhranların baş verəcəyinin qaçılmaz olduğunu göstərir.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam