Rusiya ilə NATO arasında müharibədən necə qaçmaq olar?
Xeberinfo.com: Koliforniya Universitetinin professoru Edvard Uokerin “Rusiya ilə NATO arasında müharibədən necə qaçmaq olar” adlı məqaləsini təqdim edirik. Məqalə Ukraynanın “Novaya Vremya” portalında dərc olunub.
“NATO ilə Rusiya arasında hazırkı münasibətləri xüsusilə təhlükəli edən məqam ondan ibarətdir ki, müdafiə sferasında Kremlin mövqeləri getdikcə pisləşəcək. Deməli belə olan halda, Moskva NATO-nun şərq sərhədlərində möhkəmlənməsinin qarşısını almağa cəhd göstərəcək.
Lakin Rusiyanın NATO-nun möhkəmlənməsini əngəlləyəcək imkanları hədsiz dərəcədə məhduddur. Bu istiqamətdə Rusiyanın sınaqdan çıxardığı bütün metodlar effektsiz olub və Moskvanın nöqteyi-nəzərinə görə, bu cəhdlər vəziyyəti yalnız pisləşdirib. Ona görə də, belə bir risk mövcuddur ki, Kreml yeganə variant kimi NATO ilə geniş miqyaslı böhranın yaradılması təxribatına əl atacaq.
Qərb liderləri şərq cinahında önləyici qüvvənin möhkəmlənməsi prosesindəki bu risklər barəsində bilməlidirlər. Mən hesab edirəm ki, onlar Rusiya ilə münasibətlərdə böhrana gətirib çıxarmış əsas problemlərlə – Avropada təhlükəsizlik sisteminin arxitekturası və həmçinin Avropanın müttəfiqlərinin silahlanması və eləcədə, onların güclənməsinin təmini ilə məşğul olmalıdırlar. Məsələn, Suriya və Yaxın Şərqdəkı gərginliyin aradan qaldırılması naminə Rusiya ilə əməkdaşlığın aktivləşdirilməsi, ümumi vəziyyəti dəyişməyəcək. Ona görə ki, Yaxın Şərq Rusiya üçün ikinci dərəcəli rol oynayır.
Əgər Avropanın təhlüksizliyinin əsas məsələləri üzrə hər iki tərəfin qəbul edə biləcəyi qarşılıqlı kompromiş əldə olunmayacaqsa, onda münasibətlərdə həqiqi sabitlik baş verməyəcək. Mən Rusiya ilə münasibətlərin yoluna qoyulması istiqamətində prioritetlərin aşağıdakılardan ibarət olduğunu düşünürəm:
1. Rusiyanı müharibə təxribatına çəkmədən, onun NATO dövlətlərinə hücumuna mane olmaq.
2. Rusiyanı müharibə təxribatına çəkmədən, onun NATO müttəfiqlərinə hücumuna mane olmaq.
3. NATO və Rusiya Federasiyası ilə münasibətdə strateji sabitliyi gücləndirmək üçün istənilən mümkün birtərəfli tədbirlərə əl atmaq (geniş mənada ənənəvi və nüvə səviyyəsi də daxil olmaq şərtiylə). Eyni zamanda da Moskvaya anlatmaq lazımdır ki, Qərb, əsas məqsəd kimi müharibə risklərinin azaldılması naminə, silahlar üzərində nəzarətin yeni şərtlərinin razılaşdırılmasına can atır. Digər tərəfdən isə indiki silahlanmaya çəkilən iqtisadi xərclərin azaldılması, qarşılıqlı siyasi münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutur.
4. Təhlükəsizlik və iqtisidaı sferada “kökə” və “qamçı”dan istifadə etməklə, siyasi və iqtisadi münasibətləri tədricən normallaşdırmağa səy göstərmək lazımdır. Həmçinin onu da anlatmağa səy göstərilməlidir ki, yaxın zamanlarda Rusiya avropalı olamayacaq (əgər nə vaxtsa belə bir şey olarsa), Moskva ilə Kiyev arasında təhlükəsizlik sferasında vəziyyətin normallaşması üçün isə, tərəflər arasında Ukrayna və Gürcüstan, həmçinin də Krımın statusu ilə əlaqədar hansısa kompromis tələb olunur.
Əlbəttə, bunları söyləmək, onu həyata keçirməkdən dəfələrlə asandır”.