Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rusiyadan Azərbaycana daha bir təhlükə

Ermənistan hava hücumundan müdafiə sistemini Rusiyaya verdi

Xeberinfo.com:  Üzeyir Cəfərov: «Rusiya bu müqaviləni imzalamaqla Azərbaycana problemlər yaratmağa, gözümüzü qorxutmağa çalışır»

2049-cı ilədək öz ərazisində Rusiyanın hərbi bazalarının saxlanmasına razılaşan, üstəlik, bütün yeraltı və yerüstü olan-olmazını Moskvanın ixtiyarına verən işğalçı Ermənistan sonuncu addımı da atdı – özünün hava hücumundan müdafiə sistemini Rusiyanın sərəncamına verdi. Düzdür, Rusiya rəhbərliyi bununla NATO ölkəsi olan Türkiyə ilə sərhədlərini möhkəmləndirdiyini iddia edir. Ancaq KTMT üzvü olan Ermənistanın müdafiəsi həm də Azərbaycana təhdid sayılır. (Müsavat.com)

Cəbhədə vəzyyətin hələ də gərgin olduğu bir dönəmdə Rusiyanın belə bir addımı birmənalı qarşılanmır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya münaqişənin tənzimlənməsini üzərinə götürən bir dövlətdir.

uzeyir-ceferov

Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında qeyd etdi ki, bu daha Rusiyanın regionda öz varlığını sübut etmək üçün atdığı addımdır. Onsuz da iqtisadiyyatı Rusiya tərəfindən idarə olunan Ermənistanın 2049-cu ilə qədər bütün varlığının Kremldən asılı olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, burada daha çox Qarabağ amili görünür: “Apreldə baş verən hərbi əməliyyatların fonunda Rusiya Ermənistanın hərbi qüddrətini möhkəmləndirməyə çalışır. Ona görə Rusiyanın atdığı addımlar daha çox ona hesablanıb ki, Ermənistan Qarabağda hər hansı problemlə üzləşsə, hava hücumundan müdafiə qüvvələrinin yardımı ilə Ermənistana dəstək olmaq üçün hüquqi baza əldə etsinlər. Bu daha çox ona hesablanıb. Onsuz da Qarabağ probleminin həllində maraqlı olmayan Rusiya bu müqaviləni imzalamaqla Azərbaycana problemlər yaratmağa, gözümüzü qorxutmağa çalışır. Yəni Azərbaycan gələcəkdə cəbhə bölgəsində hərəkətə keçəcəksə, qarşısında Rusiyanın hərbi hava qüvvələrini görəcək. Bu növbəti Rusiya təxribatıdır”.

Ü.Cəfərov vurğuladı ki, baş verənlərdə Türkiyə amili də var. Baxmayaraq Putin son dövrlər bir qədər yumşaldılmışdı. Amma bunun ardınca Rusiya bəyan edir ki, Türkiyə Kremldən üzr istəməlidir. Ü.Cəfərov düşünür ki, Azərbaycan tərəfi buna sərt reaksiya verməlidir və Rusiyanın ATƏT-in Minsk qurupuna da daxil olduğunu xatırlatmalıdır.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam