Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə-Rusiya: Tarixi rəqiblər və mehriban düşmənlər

 

Rusiyanın Su-24 qırıcı təyyarəsinin Türkiyə ordusu tərəfindən vurulması və bu hadisə ilə əlaqədar hazırda müşahidə etdiyimiz proseslər iki ölkə arasında münasibətlərin xarakteri, perspektivi  ilə bağlı  müzakirələrə start verib.

Xeberinfo.com:   Əslində bu mövzu bütün dünyada hər zaman aktual olub və Moskva-Ankara əlaqələri bütün paytaxtlarda daima diqqətdə saxlanılıb. Keçmişin iki qüdrətli imperiyasının varislərinin münasibətlərinin xarakteri Yaxın Şərq, Qara dəniz, Şərqi Avropa, Qafqaz, Xəzər hövzəsi,  Mərkəzi Asiya kimi regionlarda cərəyan edən proseslərdə həlledici amillərdən biri kimi nəzərdən keçirilib. İmperiya ambisiyaları, geosiyasi maraqlar, iqtisadi mənafelər uğrunda 16-cı əsrdən bəri mübarizə aparan Rusiya və Türkiyəni  müttəfiqdən çox rəqib kimi xarakterizə etmək olar.

Əzəli rqiblər və zorən müttəfiqlər 

Zaman-zaman müxtəlif ittifaqların tərkibində, hər fürsət düşəndə Qara dəniz və Qafqazda, Şərqi Avropada çarpışan ruslar və türklər,  zaman-zaman qısa müddətə də olasa müttəfiq kimi çıxış ediblər. Amma nəzərə alsaq ki, vaxtı ilə qlobal miqyasda təsirə malik, hazırda isə regional oyunçulara çevrilən Rusiya və Türkiyə ənənəvi olaraq Yaxın Şərq, Qara dəniz, Şərqi Avropa, Qafqaz, Xəzər höfzəsi,  Mərkəzi Asiya kimi regionlarda fərqli maraqlardan çıxış edirlər, Moskva və Ankaranın əməkdaşlığı hər zaman xarici amillərdən çox asılı olur. Xarici konyuktura dəyişən kimi anında Moskva və Ankarada xarici siyasət vektorları dəyişir və rəqabət  başlayır. 

Hazırda biz məhz bu prosesi müşahidə edirik. AKP-nin hakimiyyətə gəlişi ilə Ankara Qafqaz,  Mərkəzi Asiya, Qara dəniz hövzəsi ilə bağlı daha yumşaq və iqtisadi ekspansiyas siyasətini seçdi. Türkiyə Avropa İttifaqı ilə münasibətlərdə istədiyinə nail ola bilmədi və nəticədə Rusiya ilə yaxınlaşma seçildi. Rusiya ilə yaxın münasibətlər Ankaranı Ukrayna, Cənubi Qafqaz, Mərkəzi Asiya regionlarında baş verən proseslərdə təmkinli davranış sərgiləməyə məcbur edirdi. Ərdoğan heç bir halda Rusiyanı qıcıqlandırmamağa çalışır və işgüzar münasibətlər saxlmağa üstünlük verirdi. Moskva ilə yaxşı münasibətlərin öz üstünlükləri və mənfi cəhətləri də vardı. Amma görünür Suriyaya müdaxiləyə qədər Ərdoğan hakimiyyəti üçün bu münasibətlərdən doğan müsbət təsirlər daha vacib olub. Suriyada isə Rusiyanın Türkiyə üçün həyatıvacib məsələlərdə Ankarının mövqeyni nəzərə almaması artıq vəziyyəti dəyişib. Həmçinin, çox vacib amil kimi xarici konyuktura da fərqlidir və Rusiya özünü bütün Qərbə qarşı qoyub. Belə vəziyyətdə artıq Rusiya ilə çox yaxın münasibətlərin müsbət təsirləri sıfıra enir. Təbii ki, Ankarda da artıq bunun fərqinə varıblar. 

Tarix də sübut edir ki, ilk imkan düşən kimi Rusiya və Türkiyə geosiyasi üstünlük və imperiya ambisiyaları uğrunda mübarizəyə başlayıblar. 17-ci əsrdən bəri Rusiya və Türkiyə 10-dan çox müharibə aparıblar.

17-ci əsrdə Rusiya-Türkiyə müharibələri

1. 1676-1680-ci illər müharibəsi. Reç-Pospolita (Polşa)  ilə 1676-cı ildə sülh müqaviləsi bağladıqdan sonra Osmanlı İmperiyası Ukrayna və Kiyevi ələ keçirmək niyyətinə düşüb. Sultan IV Mehmet Boqdan Xmelnitskinin oğlu Yuri Xmelnitskini Ukrayna getmanı elan edib və 1677-ci ilin yayında Ukraynaya 100 minluk türk-tatar qoşunu göndərib.  Osmanlı ordusu Kiyevə gedən yolu müdafiə edən Çiqrin qalasını mühasirəyə alıb.  Avqustun sonunda qalanı mühasirədən qurtarmağa çalışan rus qoşunları Osmanlı ordusunu məğlub edib.  1678-ci ildə Osmanlı ordusu bir daha Çiqrin qalasını almağa çalışıb. Ukrayna-rus birləşmiş qüvvələri yenidən türkləri məğlub edib. 1679-cu ildə  Yuri Xmelnitskinin yürüşü də məğlubiyyətlə nəticələnib.  1680-ci ildə Rusiya ilə Türkiyə arasında Baxçasaray sülh müqaviləsi imzalanır. Bu sülh müqaviləsinə görə Rusiya Kiyevi və  Dnepr çayının sol sahilində yerləşən ərazilərə nəzarətində saxlayır.  Türkiyə həmçinin Krım tatarlarının Rusiyanın cənub ərazilərinə yürüşlərinin qarşısını almaq öhdəliyi götürür.

2. 1686-1696-cı illər müharibəsi. 1686-cı ildə Osmanlı İmperiyasına qarşı Avstriya, Venetsiya və Reç-Pospolita ittifaqı (Müqəddəs Liqa) çıxdı. 1686-cı ildə Rusiya da bu ittifaqa qoşulub və Krım xanlığına qarşı hərbi əməliyyatlar aparmağa razı olub. Rusiya ordusunun 1687 və 1689-cu illərdəki yürüşü məğlubiyyətlə nəticələnir.

1695-cı ildə yeni Rusiya çarı I Pyotr cənubda hərbi əməliyyatları başlayıb.  Rusiya ordusu don kazaklarının köməyi ilə Azov qalasını mühasirəyə aldı.  İki uğursuz hücumdan sonra Rusiya ordusu geri çəkilib.  Digər rus ordusu isə avqust ayında Dnepr cayının aşağı axarında bir sıra qalaları tuta bilib. 1696-cı ilin may-iyun aylarında Rusiya ordusu Azov qalasını tam mühasirəyə ala bilib və türklər təslim olublar.  Qaladakı hərbi qüvvələrə köməyə gələn Osmanlı qoşunu da məğlub olub.  1700-ci ilin iyul ayında  İstanbulda imzalanmış sülh müqaviləsinə görə Rusiya Azovu geri alıb,  əvəzində Dneprin aşağı axarındakı torpaqları Sultan hakimiyyətinə qaytarıb.

 18-ci əsrdə Rusiya-Türkyə müharibələri

1. 1710-1713-cü illər müharibəsi.  Heç bir tərəf qələbə əldə edə bilməyib.  Amma Rusiya sonda geri çəkilməli olub. Azov qalası yenidən Türkiyəyə qaytarılıb.

2. 1735-1739-cu illər müharibəsi. Rusiya yenidən Azov qalasını geri qaytarıb. Amma bunun əvəzində Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirib.  Hər iki tərəf nə müharibədə, nə də diplomatik danışıqlarda böyük uğur əldə edə bilməyib.

3. 1768-1774-cu illər müharibəsi.  Ruslar çox böyük uğur əldə ediblər.  Rusiya Ukraynanın cənubunu və Şimalı Qafqazı ələ keçirib. Türkiyə Krım xanlığını itirib. Krım xanlığı rəsmi olaraq Rusiya İmperiyasının tərkibinə daxil olmasa da, Moskvadan asılı vəziyyətə düşüb. Rusiya ticarət gəmiləri Qara dənizdə xüsusi imtiyazlar əldə ediblər.

4. 1787-1792-ci illər müharibəsi. Rusiya yenə uğur əldə edib. Oçakovu ələ keçirib, Krım xanlığı rəsmən Ruisya İmperiyasının tərkibinə daxil olub. Rusiya Türkiyə sərhəddi Dnestr çayına doğru geri çəkilib. Türkiyə Gürcüstana iddialarından əl çəkib.

osmanli-2.jpg

19-cu əsrdə Rusiya-Türkiyə müharibələri

1. 1806-1812-ci illər müharibəsi.  Türklər bu dəfə də uduzub. Sülh razılaşmasına görə Bessarabiya (Moldova) Rusiya imperiyasının tərkibinə daxil olub. Rusiya Türkiyə sərhəddi Dnestr çayından Prut çayınadək geri çəkilib.

2. 1828-1829-cu illər müharibəsi.  Rusiya müstəqllik əldə etmək istəyən  yunanlılar tərəfdə vuruşub. Nəticə İstanbul üçün çox ağır olub. Yunanıstan müstəqillik qazanıb. Osmanlı İmperiyası Rusiyanın Gürcüstan və Ermənistan üzərində nəzarətini qəbul edib.  Anapa, Sucuk-qala, Suxumi da daxil olmaqla Qara dənizin Şərq sahilinin böyük hissəsi Rusiya İmperiyasının tərkibinə daxil edilib.

3. 1853-1856-cı illər Krım müharibəsi.  Bu müharibədə İngiltərə və Fransa türklərin müttəfiqi kimi çıxış edib.  Sonradan Avstriya-Macarıstan da bu ittifaqa qoşulub.  Rusiya məğlub olub. Rusiya bundan əvvəl ələ keçirdiyi bütün əraziləri geri qaytarıb. Bessarabiyanın bir hissəsini itirib. Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edilib.

4. 1877-1878-ci illər müharibəsi. Ruslar yenə qələbə çalıb. Rusiya Qars, Ərdahan, Batumu işğal ediblər.  Bundan əvvəlki müharibədə itirilən Bessarabiyanın bir hissəsini geri alıblar. Osmanlı İmperiyası Avropadakı bütün ərazilərini itirib. Serbiya, Çernoqoriya, Bosniya, Rumınya və qismən Bolqarıstan müstəqillik əldə edib.

1-ci Dünya Müharibəsində Qafqazda Rusiya-Türkiyə qarşıdurması

1-ci Dünya Müharibəsində Osmanlı İmperiyası və Rusiya fəqrli düşərgələrdə yer alıblar. Rusiya Antantaya, Türkiyə isə "Dördlük İttifaqı" daxil olub. 1914-cü ildə türklər Qafqaza hücuma başlayırlar. Sarıqamış yaxınlığında Rusiyanın Qafqaz orusu generel Ənvər Paşanın 3-cü ordusunu mühasirəyə alaraq qələbə çalır.  Türklər  90 min nəfər itki veriblər. Rusların hücumu nəticəsində Ərzurum döyüşündə də türklər məğlubiyyətə uğrayıb.  Ruslar Ərzurum və Trapenzudu işğal ediblər.  Əkshücuma keçən türklər Ərzincanda qələbə əldə edə bilməyblər.  1916-ci ilin yayında ruslar Bitlisi işğal ediblər. İran ərazisində də Rusiya və Osmanlı qoşunları döyüşüblər.

1918-ci ildə Rusiyada inqilab nəticəsində ruslar geri çəkiliblər.

Türkiyə Cumhuriyyəti və bolşevik Rusiyası

Atatürkün başlatdığı milli mücadilədə bolşevik Rusiyası Türkiyə Cümhuriyyətinin müttəfiqi kimi çıxış etmək məcburiyyətində qalıb. Rusiya üçün Bosfor boğazının, Qara dəniz hövzəsinin İngiltərə və  Fransanın nəzarətində qalmasındansa türklərin dirçəlməsi vacib idi. Bu strategiya rusları Atatürkə kömək etməyə vadar etdi.

Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam