Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Makron ölkənin taleyi ilə “rus ruleti” oynayır -Perkes

 

Bazar günü Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların sarsıdıcı məğlubiyyətindən sonra Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar seçkilər son onilliklərdə Fransada ən taleyüklü səsvermə olacaq.

Yenixeber.org xəbər verir ki, bunu Fransanın maliyyə naziri Brüno Le Mer bildirib.

“Bu, Beşinci Respublika tarixində Fransa və fransızlar üçün ən vacib parlament seçkiləri olacaq”, - deyə maliyyə naziri vurğulayıb.

Konservativ Respublikaçılar Partiyasının yüksək vəzifəli xadimi Valeri Pekres isə deyib:

“Heç kimə təşkilatlanmağa vaxt vermədən və hər hansı bir kampaniyanı aparmadan buraxılma - ölkənin taleyi ilə “rus ruleti” oynamaqdır”.

Ekspertlər Makronun qərarını ciddi siyasi risk adlandırırlar, çünki hakim İntibah Partiyası daha böyük itkilərə məruz qala bilər, bu da Makrona 2027-ci ildə prezident müddətini sağ-salamat başa çatdırmağa mane olacaq.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da, ikinci tur iyulun 7-də baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam