Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml Navalnını vəhşicəsinə öldürdü -Qərbdən reaksiya

 

İndicə məlum oldu ki, Aleksey Navalnı Rusiya həbsxanasında ölüb.

Yenixeber.org xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.

“Aydındır ki, o, işgəncələrə məruz qalan minlərlə insan kimi Putin tərəfindən öldürülüb. Putin üçün fərqi yoxdur kim ölür, əsas odur öz mövqeyini qorusun. Etdiyi əmələ görə hər şeyini itirməlidir”, - Zelenski bildirib.

“Navalnının ölümünə görə, Rusiya hakimiyyəti məsuliyyət daşıyır”.

Belə bir bəyanatla isə Avropa Şurasının rəhbəri Şarl Mişel çıxış edib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Navalnının ölümünü dəhşətli xəbər adlandırıb. Onun sözlərinə görə, Rusiya demokratiyasının ən qızğın müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib.

NATO baş katibi Yens Stoltenberq isə açıqlamasında qeyd edib ki, Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən edilməli və Rusiya ciddi suallara cavab verməlidir.

Latviya Prezidenti Edqar Rinkeviç də Aleksey Navalnının Kreml tərəfindən vəhşicəsinə öldürüldüyünü deyib.

“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, amma o, indicə Kreml tərəfindən vəhşicəsinə öldürüldü. Bu bir faktdır və mövcud Rusiya rejiminin əsl mahiyyəti haqqında bilinməsi lazım olan bir amildir. Ailə və dostlarına başsağlığı verirəm”, - o bildirib.

Qeyd edək ki, Aleksey Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.

Bu açıqlamara Rusiya XİN-in sözçüsünün reaksiyası çox gecikməyib. Mariya Zaxarova bildirib ki, NATO liderlərinin Navalnının ölümünə ani reaksiyası özünüifşadır:

“Hələlik məhkəmə-tibbi ekspertizasının rəyi yoxdur, lakin Qərbin qənaətləri artıq hazırdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam