Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşəcək.

Yenixeber.org: Türkiyə ilə ABŞ arasında NATO-nun Vilnüs Zirvə Toplantısı ilə başlayan yaxınlaşma prosesinin həm iqtisadiyyat, həm də ticarət sahəsində yeni əməkdaşlığa qapı açacağı gözlənilir. Bu çərçivədə diqqət iyulun 17-18-də Hindistanda keçiriləcək G20 Xəzinə-Maliyyə Nazirləri toplantısına yönəlib. Xəzinə və maliyyə naziri Mehmet Şimşək toplantı çərçivəsində ABŞ maliyyə naziri Canet Yellen ilə görüşəcək.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində görüşdüyü liderlərdən biri də ABŞ prezidenti Cozef Bayden olub. Ərdoğan-Bayden görüşündən sonra iki ölkə arasında bir çox sahədə əməkdaşlığı ehtiva edən yeni dövrün qapılarının açılması gözlənilir. Baydenin “İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatması üçün böyük fürsət var” ifadəsini işlətdiyi də bildirilir.

Hindistanda da bu çərçivədə Mehmet Şimşək amerikalı həmkarıCanet Yellen ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarının inkişafı istiqamətində atılacaq addımların müzakirə ediləcəyi gözlənilir. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması hədəflənir. Bu çərçivədə iş dünyasının təşəbbüsləri ABŞ-ın Türkiyəyə investisiyalarını artırmağa davam edir. Sentyabrın 19-da ABŞ-da Türkiyə İnvestisiya Konfransı keçiriləcək. Şimşəkin bu görüşdə Amerikalı investorlarla görüşü və sualları cavablandırması planlaşdırılır. Görüşdə ABŞ investorları və türk şirkətləri də bir araya gələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam