Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Reuters:İran-ABŞ danışıqları “anlaşma yaratmaq” şəklində aparılır

Qərb və İran rəsmilərinin bildirdiyinə görə, ABŞ hökuməti İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq, bəzi amerikalı məhbusları və İranın xaricdəki bəzi bloklanmış aktivlərini azad etmək yollarını tapmaq məqsədi ilə Tehranla danışıqlar aparır.
Yenixeber.org: Bu danışıqlar ABŞ Konqresinin nəzarətini tələb edən “razılaşma” yox, “anlaşma yaratmaq” formatında aparılır.
ABŞ konqresmənlərinin bir hissəsi üzvü Rusiyaya hərbi yardım, daxili müxalifətin repressiyaları və İranın yardımçı qruplarının regiondakı Amerika hədəflərinə hücumları ilə bağlı Tehrana hər hansı güzəştin verilməsinin əleyhinədir.
“Co Bayden hökuməti İranın nüvə fəaliyyətini məhdudlaşdırmaqla Yaxın Şərqdə silahlanma yarışının genişlənməsinin və İsrailin hərbi əməliyyatlarının mümkünlüyünün qarşısını almağa ümid edir. ABŞ və Avropa Birliyi ötən ilin yayında Tehranla Vaşinqton arasında dolayısı danışıqların nəticəsiz qalmasından sonra İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq yollarını axtarır. Qərb dövlətlərinin Tehranla dialoqu bərpa etməyə hazır olması onların İranın nüvə proqramlarının irəliləyişindən narahatlığının əlamətidir”, - xəbərdə deyilir.
ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller İranla hər hansı razılaşmanı təkzib etsə də, yuxarıda sadalanan problemlərin həllinə nail olmaq üçün Vaşinqtonun diplomatik təmaslar aparacğını bildirib.
Adının çəkilməsini istəməyən İran rəsmilərindən biri isə “Reuters” agentliyinə tərəflərin gərginliyin azaldılmasına maraq göstərdiklərini vurğulayıb.
“Müvəqqəti razılaşma və ya qarşılıqlı anlaşma, hansı adı istəyirsinizsə qoyun. Hər iki tərəf gərginliyin artmasının qarşısını almaq istəyir. Birinci mərhələdə bu, əsirlərin dəyişdirilməsi və İranın dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi deməkdir. Növbəti addımlar uranı 60% zənginləşdirilmsiənin dayandırılması müqabilində ABŞ-ın İranın neft ixracına qarşı sanksiyalarının ləğvi və MAQATE ilə daha geniş əməkdaşlığı ola bilər”, - İran rəsmisi deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam