Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-Füzulidə

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   Horadiz şəhərində Muğam Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin 2017- ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

 

       Yenixeber.org: İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, və ictimaiyyət nümayəndələri iştirak etmişdi.

     Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2017-cı ilin birinci yarısının nəticələrini təhlil etməzdən öncə iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində Quliyeva Sahibə İdris qızı və onun azyaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsi, Quliyeva Sərvinaz İltifat qızı isə yaralanması barədə danışıb. Qeyd edib ki, həlak olanların dəfni rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə, minlərlə insanın iştirakı ilə keçirilib. Alı Alıyev rayonun bütün əhalisi adından həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr diləyib. Diqqətə çatdırıb ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilib, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınıb. Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılıb, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilib və qınanıb.

 

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

 

     

 

 

 

 

 

 

 

 

     

 

     

 

 

      Sonra Alı Alıyev 2017-ci ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirdi ki, respublikamızda olduğu kimi cari ilin birinci yarısının nəticələri rayonumuzda da ürəkaçan olmuş, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurlarımız artıb. Rayonun strateji məhsul olan taxılçılıqla bağlı əldə etdiyi nəticələri barədə danışan Alı Alıyev qeyd edib ki, 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparıblar ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpa olub. Taxıl əkilən zəmilərin məhsulu çox qısa müddətdə, itkisiz və mütəşəkkil qaydada biçilib, sahələrdən 103076 ton məhsul əldə edilib. Bunun da 73053 tonu buğda, 30023 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı 29 sentner olub. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən rayonda yaradılan 4 iri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olubur.

 

 

 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      Alı Alıyev bildirib ki, 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün Aqroparkın istifadəsinə verilib, hazırda həmin ərazidə tikinti işləri aparılır, 500 ha ərazidə isə iri toxumçuluq təsərrüfatı yaradılıb.

    Alı Alıyev hesabat iclasında diqqətə çatdırıb ki, rayonda taxılçılıqla yanaşı kənd təsərrüfatının digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq bu il rayonda 2050 ha ərazidə pambıq əkilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Bildirilib ki, rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi əhali tərəfindən də müsbət qarşılanıb.

 

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

   

       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         Bu il füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama istehsal edilib. Füzuli rayonu barama istehsalında əldə etdiyi nəticəyə görə respublikada ilk üçlükdə qərarlaşıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə rayon 970 ton tərəvəz, 380 ton bostan, 550 ton kartof, 107 ton meyvə toplanıb, 1050 ton ət, 12007 ton süd, 4490.0 min ədəd yumurta istehsal olunub. Əvvəlki illərin analoji dövrləri ilə müqayisədə haqqında söhbət gedən sahələrdə müsbət nəticələr əldə olunub. İclasda bildirilib ki, 6 ay ərzində rayonda sahibkarlığın inkişafına da ciddi fikir verilbr. Horadiz şəhərində istixana komleksi, Zobucuq qəsəbələri ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası, Böyük Bəhmənli kəndində şadlıq evi sahibkarlar tərəfindən istifadəyə verilmiş, onlarla yeni iş yerləri açılıb. Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində daimi və mövsümü olmaqla ümumilikdə 4220 iş yeri yaradıldığı, bunun da 1020-i pambıqçılıq, 800-ü çuğundur, 357-i yazlıq əkinlərin, 1580-i baramaçılığın, 30-u istixana kompleksinin, 50-i Üçüncü Zobucuq qəsəbəsi ərazisindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının, 383-ü isə digər kənd təsərrüfatı və istehsal sahələrinin hesabına olduğu bildirlib.

 

 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         Cari ilin birinci yarısında rayonda tikinti-quruculuq, abadlıq işləri də davam edib. Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsi tikilib, Hazırda Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin və Horadiz şəhəri ərazisində pambıq qəbulu məntəqəsinin tikintisinə başlanılıb, barama qəbulu və emalı məntəqəsinin tikntisinə isə yaxın günlərdə başlanacaq. O cümlədən Mərkəzi rayon Xəstəxanasının tikintisi üçün Bala Bəhmənli kəndi ərazisində yer ayrılıb, xəstəxananın tikintisinə isə bugünlərdə başlanacaqdır. Rayonda kəndarası və magistral avtomobil yollarının əsaslı təmir-bərpa işləri də davam etdirilir. Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun rayon ərazisindən keçən 40 km-lik hissəsinin əsaslı təmir-tikinti işləri sürətlə aparılır. Hesbat yığıncağında rayon prokuroru Ramazan Hadıyev, Suvarma Sistemləri İdarəsinin müdiri Əhməd Əsgərov, Ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Nazim Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Məşğulluq Mərkəzinin direktoru Xanoğlan Əzimov çıxış edib, 2017-ci ilin birinci yarısında gördükləri işlərə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.

 

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

       

 

          Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyyələrini verib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

 

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub-

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam