Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İsrailin Ukraynaya silah verməməsinin səbəbi açıqlandı

İsrailin xarici işlər naziri Eli Koen Rusiyanın Yaxın Şərqdəki təsiri fonunda Ukraynaya silahların ayrılması ilə bağlı xəbərdarlıq edib.
Yenixeber.org: Bu barədə “The Jerusalem Post” məlumat yayıb. Koenin fikrincə, Rusiya regionda oyunçudur: "Buna görə də biz öz təhlükəsizlik maraqlarımızı və Rusiyadakı Yəhudi Agentliyinin maraqlarını qoruyaraq, Ukraynanı dəstəkləmək kimi mənəvi mövqeyimizi ifadə edirik".
Qeyd edək ki, Kiyev İsraildən “Dəmir qübbə” hava hücumundan müdafiə sistemini istəyir. “Dəmir qübbə” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü Ukrayna ərazisinin böyüklüyü və raketlərin daha müasir olması səbəbindən yalnız məhdud rəmzi məna daşıya bilər.
Bu, Ukraynanın bəzi rəsmi şəxsləri tərəfində də etiraf olunur. Qəzza sektorundan təhdidlərin qarsısını almaq üçün İsrailə 10 sistem kifayət etsə də, Ukraynaya onlarla belə sistem lazım gələcək. ABŞ-ın Ukraynaya verəcəyi bir-iki “Dəmir qübbə”nin elə bir effekti olmayacaq.
“Dəmir qübbə” Amerika və İsrailin birgə layihəsi olduğundan onların Kiyevə tədarükü üçün hər iki dövlətin icazəsi lazımdır. İsrail rəhbərliyi həmin sistemlərin Kiyevə verilməsinə Moskvanın reaksiyasından ehtiyatlanır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam