Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

ABŞ İsrailə İrana qarşı "birgə hərbi planlaşdırma" təklif edib

Co Bayden hökuməti İranla mübarizədə kontekstində son bir neçə həftədə İsrailə müştərək hərbi plan təklif edib. Amerika və İsrail rəsmilərinə istinad edən “Axios” saytı belə məlumat yayıb.
Yenixeber.org: “Axios” saytında yayımlanan məlumatda sözügedən məsələdə anlaşmanın əldə olunmadığı bildirilir və bunun səbəbi göstərilir.
“Amerika rəsmiləri deyirlər ki, Co Bayden administrasiyasının belə bir təklifi misilsizdir və ABŞ ilə İsrail arasında hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İsrail rəsmiləri bu təklifə skeptik yanaşıblar, çünki onlar bunun İrana qarşı “İsrailin əl-qolunu bağlamaq” cəhdi olduğundan ehtiyat edirlər. Bayden administrasiyasının bu təklifi ABŞ və İsrail arasında İranın nüvə proqramına qarşı hər hansı birgə hücumun planlaşdırılması demək deyil. Amerika rəsmiləri bildiriblər ki, bu təklif İsrailə müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah rəisləri komitəsinin rəhbəri general Mark Milli və ABŞ Mərkəzi Hərbi komandanlığının (CENTCOM) komandanı general Maykl Korillanın son səfərləri zamanı təqdim edilib. Yüksək rütbəli İsrail rəsmisi bildirib ki, İsrail bu təklifi rədd etməyib. Lakin o, “birgə hərbi planlaşdırma” və bunun praktikada nə demək olduğunu, o cümlədən bu cür birgə əməkdaşlığın kəşfiyyat və ssenari quruculuğu sahəsində qalacağı və ya birgə əməliyyatlar sferasına girəcəyi ilə bağlı daha çox aydınlaşdırma verilməsinə çağırıb”, - məlumatda vurğulanır.
Ümumiyyətlə, son vaxtlar Çinin moderatorluğu ilə İsraillə İran arasında münasibətlərin tənzimlənməsi yönündə müzakirələrin aparıldığı barədə yayılan xəbərlər fonunda sözügedən məsələdə Vaşinqtonun təklifinə Təl-Əvivin belə reaksiyası heç də təəccüblü görünmür. Difər tərəfdən, son illər ABŞ-dan Tehrana münasibətdə daha sərt addımların atılmasını, hətta hava zərbələrinin endirilməsini gözləyən İsrail, çox güman ki, Vaşinqtonun İrana qarşı “birgə hərbi planlaşdırma” təkilfini elə də ciddi qəbul etmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam