Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Texnologiyaların düşmən ölkələrə ötürülməsi ilə bağlı ABŞ-da cinayət işləri açılıb

ABŞ femidası Rusiya, Çin və İran hökumətlərinə həssas texnologiyaların qanunsuz ötürməkdə ittiham olunan bir neçə nəgərə qarşı cinayət işi qaldırıb. Hazırda Amerikanın bu ölkələrlə düşmənçiliyi fonunda müttəhimlərin çox sərt şəkildə cəzalandırılacaqları ehtimal olunur.
Yenixeber.org: ABŞ Ədliyyə departamentinin Milli Təhlükəsizlik şöbəsinin rəhbəri, ABŞ Baş prokurorunun köməkçisi Metyu Olsen Rusiya, İran və Çin kimi ölkələrə yüksək texnologiyaların ötürülməsinə qarşı sərt mübarizə aparmağın əsas səbəbini açıqlayıb.
“Biz bu qabaqcıl vasitələrin düşmən hökumətlərin əlinə keçməsinin qarşısını almaq üçün əlimizdən gələni etməyə sadiqik. Çünki onlar bu vasitələrdən təkcə milli təhlükəsizliyimizi deyil, dünyanın hər yerində demokratik dəyərlərə təhdid kimi istifadə edirlər” - Olsen bildirib.
Müttəhimlərdən biri mayın əvvəlində Kaliforniyada işlədiyi bir şirkətdən minlərlə həssas faylı oğurlamaqda ittiham edilərək həbs olunan 64 yaşlı Liminq Lidir. Linin oğurladığı materiallar arasında nüvə sualtı qayıqları və hərbi təyyarələr istehsal etmək üçün istifadə oluna bilən texnologiyalar da var. Li, əlaqəli sahələrdə fəaliyyət göstərən çinli rəqiblərinə kömək məqsədi ilə bu texnologiyalardan istifadə etməkdə ittiham olunur.
Həmçinin, bu ay Oleq Sergeyeviç Patsolya və Vasili Sergeyeviç Basdin adlı iki Rusiya vətəndaşı Arizona ştatında təyyarə hissələrini Rusiya aviaşirkətlərinə köçürməyə cəhddə iştirak ittihamı ilə həbs edilib.
ABŞ Ədliyyə nazirliyi Amerikanın sanksiyalarından yayınmaqda və İrana izostatik qrafit ötürmək planı hazırlamaqda ittiham olunan bir Çin vətəndaşına qarşı işin açıldığını da bildirib. Bu material qitələrarası ballistik raketlərin istehsalında istifadə olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam