Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kiyevə intensiv hücum: gecə nə baş verib... -TƏFƏRRÜAT

Rusiya bu gün gecə və səhər saatlarında pilotsuz uçuş aparatları, qanadlı raketlər və ehtimal ki, ballistik raketlərdən istifadə etməklə Kiyevə intensiv hava hücumu həyata keçirib. 

Yenixeber.org: Bu barədə "Reuters" agentliyi şəhər rəsmilərinə istinadən məlumat yayıb. 

Bildirilib ki, Ukrayna paytaxtı bu ay səkkizinci hava hücumuna məruz qalıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko "Telegram" kanalında yazıb ki, gecə saatlarında başlayan hücum qısa müddətdə atılan raketlərin sayına görə "müstəsna" olub. 

"İlkin məlumatlara görə, Kiyevin hava məkanında düşmən hədəflərinin böyük əksəriyyəti aşkar edilərək məhv edilib!", - o qeyd edib. 

Şəhər səmasında neçə obyektin vurulduğu hələlik məlum deyil. Ukrayna hücumların böyük əksəriyyətini dəf edə bilib. 

Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı səmada vurulan raketlərin qalıqları Kiyevin Obolonski, Şevçenkivski, Solomyanski və Darnitski rayonlarına düşüb. Kiyev meri Vitali Kliçko bildirib ki, qalıqların düşməsi nəticəsində bir neçə avtomobil yanıb və paytaxtın qərbindəki Solomyanski rayonunda binaya ziyan dəyib. Üç nəfər yaralanıb. 

O vurğulayıb ki, Borispolun cənubunda hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu dəf edir. Kiyevdən bir qədər cənub-şərqdə yerləşən Borispol paytaxtın əsas hava limanına ev sahibliyi edir. 

Hərbi administrasiya qeyd edib ki, paytaxtın digər rayonlarına dəymiş ziyan ciddi deyil və potensial itkilər barədə hələlik məlumat yoxdur. O da bildirilib ki, çərşənbə axşamı səhər saatlarında Ukraynanın bütün ərazisində hava hücumu sirenləri işə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam