Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranda sünni din xadiminin oğlunun qətli gərginliyə səbəb oldu

İranda hökuməti tənqid edən sünni din xadimi Mövlana Məhəmməd Osmanın oğlu Həmad Reyqi Kutəh Karvandərin öldürülməsi gərginliyə səbəb olub.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. “Azad İran” “Telegram” kanalı isə yazır ki, Xaş şəhərində məscid imamının oğlunun öldürülməsinə görə Zahedan şəhərinə girişdə avtomobillərin yoxlanılmasına başlanılıb. Nəticədə 2-3 kilometrlik tıxac yaranıb.
Xatırladaq ki, Əlxəlil məscidinin imamının 16 yaşlı oğlu naməlum şəxslər tərəfindən güllələnib.
Ötən il İranın Sistan-Bəlucistan vilayətində yaşayan sünni icmanın lideri Mövləvi Əbdülvahid Riqi də oğurlanaraq qətlə yetirilmişdi. O, hökuməti tənqid edən çıxışları ilə seçilirdi.
Qeyd edək ki, İranda rejimi sərt şəkildə tənqid edənlərin müəmmalı şəkildə ölməsi, ailəsinə təzyiqlər edilməsi və ya həbsə atılması adi hala çevrilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam