Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran ərzaq inflyasiyasına görə ən pis ölkələr sırasındadır

Zimbabve kimi ölkələrlə birlikdə İran dünyada ən yüksək ərzaq inflyasiyasına düçar olmuş 5 ölkədən biridir. Bu reallıq İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Biznes Araşdırmaları və Tədqiqat İnstitutu “Ərzaq inflyasiyası və ölkələrin siyasət təcrübəsi” adlı hesabatında əks olunub.
Yenixeber.org: hesabatda İrandakı vəziyyətin detalları açıqlanmaqla yanaşı, acınacaqlı vəziyyətin səbəbləri də göstərilir.
“İran ərzaq qiymətlərinin “nominal inflyasiyası” və “real inflyasiyası” baxımından ən pis ölkələr sırasındadır. 2022-ci ilin martından bu ilin martına qədər 73% nominal inflyasiya yaşanıb ki, bu da Livan, Zimbabve və Argentinadan sonra ən pis nəticədir. Həmçinin, eyni dövrdə İran Livan, Zimbabve, Ruanda və Misirdən sonra 20% “real inflyasiya” ilə dünyanın ən pis beşinci ölkəsi olub. İran, Misir, Livan kimi ölkələrdə, Yaxın Şərqdə və Şimali Afrikada yerləşən bəzi digər ölkələrdə ərzaq inflyasiyasının yüksək səviyyəsi daha şox əsas malların tədarükünün idxaldan güclü asılılığı ilə bağlıdır” - hesabatda deyilir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl İran mediası aylıq və illik statistik məlumatlara istinadən ölkədə bütün növ meyvələrin və quru meyvələrin qiymətinin təkcə aprel ayında 15%-dən çox bahalaşdığını, habelə bütün növ süd məhsullarının qiymətlərində artımın müşahidə olunduğu barədə məlumat verib.
“Cari ilin aprel ayında ən yüksək qiymətlər meyvə və quru meyvələrlə bağlı olub ki, bir ayda bu qida kateqoriyasının orta qiyməti 15,3% artıb. Daha sonra İranda nəqliyyatla bağlı xidmətlər təxminən 9% artımla 2-ci yerdə qərarlaşıb. Bundan əlavə bazar tənzimləmə qərargahı çiy südün litrinin qiymətini 15 min tümən təsdiq edərsə, bu ötən illə müqayisədə 25% artım olacaq. Çiy süddə belə bir artım olarsa, bütün növ süd məhsulları da 30-35% artacaq” – İran mediasının məlumatında deyilir.
İran əhalisinin iqtisadi-sosial problemlər məngənəsində boğulduğuna şahidlik edən bu rəqəmlər teokratik rejimin uzun illərdir ki, iqtisadiyyatda yaratdığı avtarkiya rejimininin iflasa uğradığını və qloballaşmış dünyada, ümumiyyətlə, belə siyasətin kökündən səhv olduğunu sübuta yetirir. Təsadüfi deyil ki, cari ildə İranda istehlak və ərzaq mallarına qiymətlər baxımından inflyasiya artıq 53%-i ötüb. Ölkənin düçar olduğu ağır vəziyyətdən çıxmağın ən düzgün yolu dünyaya açılmaq, xüsusilə də qonşu ölkələrlə münasibətləri normallaşdırmaqdır. Amma, təəssüf ki, İran hakimiyyəti hələ də belə elementar reallıqları qəbul etmək istəmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam