Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Problemli kreditlərin sonu necə olacaq?- Faizlər şişir, insanlar ümidsiz, banklar isə...

Problemli kreditlərin sonu necə olacaq?

 

Azərbaycanda problemi kredilərin həcmi artmaqda davam edir. Satatistika da bunu təsdiq edir. Belə ki, hazırda Azərbaycanda 2 milyon nəfərin 1.8 milyard problemli krediti var

 

Yenixeber.org: Problemli kreditlərlə bağlı məsələdə diqqət çəkən məqam bankların son dövrlər borclu vətəndaşları məhkəməyə verməməsidir. Mütəxəssislər bildirir ki, məhkəmələr bankların əleyhinə qərar qəbul etdiyi üçün borclu vətəndaşlar məhkəməyə verilmir. Belə olan halda bank və məhkəmədən heç bir bildiriş almayan vətəndaşın borcu isə artmaqda davam edir.

İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, banklar vətəndaşa kömək etmədiyi üçün çox ağır durum yaranıb. Bu səbəblə, problemli kreditlərin həcmi hər ay artır:

“Son 1 ildə məhkəmələrdə ümumi işlərin həcminin 70%-ni məhz bank-müştəri münasibətləri təşkil edir. Məhkəmələr artıq bu məsələ ilə bağlı işləri çatdıra bilmirlər. Banklar da anlayırlar ki, müraciətlərin ciddi bir təsiri olmayacaq. Çünki insanlar 2 devalvasiyadan sonra çox ciddi şəkildə ziyana düşüblər. Dollarla götürülən kreditlər avtomatik olaraq 2 dəfə artıb. Burada bütün yük elə vətəndaşın çiynindədir. Vətəndaşların ödəniş qabiliyyəti aşağı düşüb. Bəzi banklar məhz bu məqsədlə məhkəmələrə müraciət etmir. Bəziləri isə doğru yanaşma ortaya qoymur. Bank vətəndaşın indiki halını anlayırsa, vətəndaşı dəvət edib, müqavilələri dəyişdirməli, faiz hesablanmalarını dayandırmalıdır ki, imkan olan zaman vətəndaş cüzi miqdarlarla da olsa ödəniş edərək borcunun bağlanmasına çalışsın. Amma bunu da etmirlər. Vətəndaşların xəbəri olmadan faizlərin hesablanmasını davam etdirirlər. Təssüflər olsun, banklar kreditin həcmi iki, hətta üç dəfəyə qədər artdıqdan sonra vətəndaşa bildirir. Bu, doğru yanaşma deyil. Kredit yükünün vətəndaşın çiynində qalmamsı üçün müqavilələr banklar tərəfində mütləq yenilənmədlidir”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı problemli kreditlərlə bağlı məsələyə toxunub:

“Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problemli öhdəlikləri var. Bu isə o, deməkdir ki, vətəndaşlardan daha çox dövlətə Beynəlxalq Bank zərər verib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam