Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Problemli kreditlərin həcmi rəsmi göstəricilərdən xeyli çoxdur" -EKSPERTDƏN ŞOK AÇIQLAMA

 

“Bu ilin birinci rübündə banklara yatırılan depozitlərin həcmi ötən ilin ilk rübünün göstəricilərilə müqayisədə 970 milyon manata yaxın azalıb”.

 

Yenixeber.org:  Bu haqda Modern.az-a iqtisadçı Natiq Cəfərli məlumat verib.

 

O qeyd edib ki, bu ilin aprel ayında 190 milyon manat depozit azalması müşahidə edilib:

“Bankların bağlanması və birləşdirilməsi gözləntiləri var. Əhali banklarda olan problemləri hiss etdikcə depozitlərini geri çəkməyə vadar olur. Təəssüf ki, getdikcə proses sürətlənir”.

N.Cəfərli deyib ki, problemli kreditlərin həcmi rəsmi göstəricilərdən xeyli çoxdur:

“Hökumət və rəsmi qurumlar Beynəlxalq Bankın kreditlərini bu kateqoriyadan çıxarıblar. Problemli kreditləri hesablayarkən başqa indikatorlara önəm verirlər ki, rəqəm az görünsün. Amma buna baxmayaraq, ilin əvvəlində rəsmi olaraq problemli kreditlərin həcmi ümumi kredit portfelində 9 faiz təşkil edirdi. Hazırda isə problemli kreditlərin həcmi 10 faizi keçib. Beynəlxalq reytinq agentliklərinin hesablamalarına görə, hətta ən optimist variantda, Azərbaycanda problemli kreditlərin həcmi 25 faiz təşkil edir. Görünən odur ki, həm problemli kreditlərin həcmi artır, həm də depozitlərin çəkilməsi sürətlənir”.

 

Ekspertin fikrincə, bank güvən məsələsidir:

“Milli valyuta və bank sisteminə güvən nə vaxt təmin olunacaq və bank sistemi bu güvən nəticəsində normal fəaliyyətə keçəcəksə, o zaman hər iki istiqamətdə sabitləşmə yaranacaq. Bankların problemi ondan ibarətdir ki, verdikləri kreditləri geri yığa və yenidən kreditləşməyə başlaya bilmir. Çünki iqtisadi aktivlik zəifləyib və faizlər çox yüksəkdir. Həm əhali, həm də biznes çevrələri çox yüksək məbləğə kredit götürmək istəmirlər. Çünki bunun iqtisadi effekti yoxdur. Həm də kredit şərtləri də sərtləşdirilib. Bu da təbiidir. Geri qayıtmayan kreditlərin həcmi artdıca banklar daha sərt tələblər qoymağa vadar olub. Problemlərin kökü bundandır. Hətta sağlamlaşdırma adı altında banklar birləşdirilir və bağalanırsa belə, bu, ilkin mərhələnin ilk addımıdır. Əsas məsələ bankların öz fundamental işlərilə məşğul olmağa geri dönmələridir. Yəni kreditləşmə artmalıdır ki, banklar sağlamlaşsın və yenidən fəaliyyətə başlasınlar. Pul dövriyyəsi və manata güvən aratacaqsa, o zaman hər iki istiqamətdə müsbət tendensiya görə biləcəyik. Təəssüf ki, bunun çox yaxın gəcələkdə baş verəcəyini demək mümkün deyil. Ən azından bu ilin sonuna qədər mənfi tendensiya davam edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam