Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Problemli kreditlərin fiziki həcmi 1,2 milyard manatı ötür"

 

"10 il ərzində bank sektoru üzrə kredit qoyuluşu təqribən 15 dəfə, problemli kreditlərin həcmi isə 1 faizdən bir qədər çox artıb".
"Xeberinfo.com":  "Ölkənin bank sistemində  problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşunda çox böyük çəkiyə malik deyil: "Problemli kreditlərin səviyyəsini təhlil edərkən, ilk növbədə onların ümumi kredit qoyluşundakı xüsusi çəkisini müəyyən etmək vacibdir. Əgər biz bu gün "Azərbaycanın bank sistemində problemli kreditlər 1,2 milyard manatı keçib" deyiriksə, onda bunun bank sistemimiz üçün nə qədər təhlükəli olub-olmadığını daha dərindən araşdırmalıyıq. İlk baxışda bu rəqəm bizə heç nə vermir".
Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov "Bizim Yol"a açıqlamasında bank sistemindəki problemli kreditlərlə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, ölkənin bank sistemində  problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşunda çox böyük çəkiyə malik deyil: "Bəli, bu gün problemli kreditlərin fiziki həcmi 1,2 milyard manatı ötür və bu 20,6 milyard manat ümumi kredit qoyuluşunda xüsusi çəki etibarı ilə 5,9 faiz təşkil edir. İndi gəlin baxaq, 10 il öncə bu sahədə vəziyyət necə idi? 2005-ci ildə ölkəmizin bank sektoru üzrə ümumi kredit qoyuluşu 1,4 milyard manat olub, vaxtı keçmiş kreditlər isə 68 milyon manatı və ya ümumi kredit qoyuluşunun 4,7 faizini təşkil edirdi. Yəni 10 il ərzində bank sektoru üzrə kredit qoyuluşu təqribən 15 dəfə, problemli kreditlərin həcmi isə 1 faizdən bir qədər çox artıb. Mən bunu təbii hal hesab edirəm".
F.Yusifovun fikrincə, burada bank sistemi üçün ciddi narahatlıq törədə biləcək heç nə yoxudr: "Lakin bütün hallarda arxayınlaşmaq olmaz. Banklar problemli kreditlərin azalması uğrunda daima iş aparmalıdırlar və bu istiqamətdə son dövrlər ciddi işlər gedir. 
Müqayisə üçün bildirim ki, 2014-cü ilin yekunlarına görə, Rusiyada problemli kreditlər  ümumi kredit qoyuluşunda 8 faiz təşkil edib və ilkin hesablamalarla cari ildə bu rəqəm 23 faizə qədər yüksələcəkdir. Əgər cari ildə Rusiyada proqnozlaşdırılan makroiqtisadi sabitlik əldə edilə bilməsə, onda daha pis bir ssenari ilə bu rəqəmin 40 faizə qədər yüksələcəyi gözlənilir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam