Cəlilabad Telekommunikasiya Qovşağının rəisi kimdir? -Olduğu kimi
“Mərdlər quyu qazar susuzlar içsin,
Namərd quyu qazar adamlar düşsün.” (Sədi)
Bir zamanlar Cəlilabad rayon Telokomunikasiya Qovşağının rəisi Zaur Məmmədov ölkə daxilində fəaliyyət ğöstərən KİV-lərin ən sevimli personalarından biriydi desəm, yanlışlıq olmaz.
Yenixeber.org: Doğrudan da mətbuat çox güclü silahdır və istənilən namuslu adamdan biqeyrət, qarışqadan fil yaxud da əksini düzəltməyə qadirdir. Söz yox ki, müasir Azərbaycan jurnalistikası proqres dövrünü yaşayır və müvafiq dövlət qurumlarının, işini bilən mətbuat komandirlərinin sayəsində daha qərəzsiz, obyektiv, vicdanlı olmağa çalışır. Məsələn, 3-5 il bundan əvvəlki mətbuat dünyamızdakı xaotik mühitdən demək olar ki, əsər-əlamət qalmamışdır. KİV statusuna sahib əksər xəbər portalları və qəzetləri peşəkar, intellektual, xalqını və dövlətini sevən şəxslər tərəfindən idarə edilir. Dövlətin mətbuata diqqət və qayğısı bu sahəni təmsil edən insanlara əlavə stimul verməklə, məsuliyyətlərini də artırır. Müasir mətbuatımız cəmiyyətimizdəki nöqsan və qüsurları əks etdirən güzgüyə çevrilir. Təbii ki, ziddiyyətli məqamlar da mövcuddur və bu məqamlar özünü müəyyən vəzifəli şəxslərə münasibətdə daha aydın büruzə verir.
…
“İgidin adı çıxınca, canı çıxsa yaxşıdır” – misalı yada düşür. Yəqin bu igidin Qovşaq rəisi Zaur Məmmədov olduğunu anladınız. Bütün sahələrdə olduğu kimi Zaur Məmmədovun rəhbərlik etdiyi sahədə də müəyyən çatışmamazlıqlar, neqativ hallar mövcuddur. İş, fəaliyyət varsa, demək səhvlər və qüsurlar da olacaq. Amma insanı hansısa səhvinə və qüsuruna görə mütəmadi olaraq təzyiq altında saxlamaq, şəxsiyyət və ləyaqətinə toxunmaq yumşaq desək heç də yaxşı hal deyil. Hər halda, bizlərin də (başda özüm olmaqla) fəaliyyətində və şəxsi həyatında kifayət qədər qaranlıq məqamlar mövcuddur. Həm də nəzərə almaq lazımdır ki, mətbuatın vəzifəsi təkcə tənqid deyildir. Çünki nəinki cəmiyyətin, istənilən fərdin belə, qəbul edə biləcəyi dəyərlərin təbliğata ehtiyacı vardır və bu missiyanı həyata keçirmək bilavasitə mətbuatın vəzifəsidir. Şıltaq uşaq döyüldükcə necə sitallaşırsa, vəzifə adamı da tənqid və təhqirlərə məruz qaldıqca daha da aqresivləşir, bədniyyətləşir, işinə olan münasibəti dəyişir.
…
Kimdir Zaur Məmmədov? Doğrudanmı o, böyük imkanlara malik yırtıcı və talançı, əhli-kef və məsuliyyətsiz vəzifə sahibidir? Əlbəttə yox! Məlumat üçün deyim ki, Zaur Məmmədovun babası uzun illər kolxoz sədri işləyib, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ada sahib olub. Günü bugün də Dünyamalı kişini xatırladan bir çox tikililər və yaşıllıqlar mövcuddur. Atası Qılınc Məmmədov müxtəlif rəhbər vəzifələrdə işləsə də öz idealları ilə tanınıb-seçilib, bu üzdən heç vaxt əndirəbadi həyat tərzi yaşamağa cəhd göstərməyib. Zaur Məmmədov hərbçi olub, Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı sağlamlığını (2-ci qrup əlildir) və ən yaxın döyüşçü dostunu itirib. Ordudan təxris olunduqdan sonra onu dilə-dişə salacaq heç bir vəzifəsi olmayıb. Kəndin ictimai həyatında həmişə yaxından iştirak edib (bələdiyyə üzvü kimi), dürüstlüyünə və səmimiyyətinə görə sayılıb-seçilib. Etiraf edim, bir az atıb-vuranlığı var ki, bu da döyüşçü xarakterindən qaynaqlanır. Əslində, onu dilə-dişə salan da bu keyfiyyətidir. Bir də, ruçkasını ballistik raketin nüvə başlığı hesab edən demaqoqlarla heç vaxt yola getməyib. Cəmiyyətin bəlasına çevirilmiş həmin demaqoqlar da mətbuata dezinformasiyalar ötürməklə ondan qisas almağa çalışıblar. Beləcə, yüksək insani keyfiyyətlərə, təşkilatçılığa, mədəniyyətə malik prespektivli bir insan bədxahları sayəsində qərəzli və obyektivlikdən kənar hallarla üzləşib.
Nə qədər qəribə səslənsə də, bir müdət əvvəl baş vermiş rektor qızı ilə bağlı hadisədə belə onun adını hallandıranlar tapılmışdı(?)
Adını bilmədiyim mütəfəkkirlərdən biri deyib ki, “böyük işlər görərkən hamını birdən razı salmaq çətindir”. Mənim tanıdığım Zaur da öz çapında “böyük işlər görməyə” cəhd edən insanlardandır. Fəqət, “razı salmaq” məsələlərində səriştəsizdir. Umaram, nə vaxtsa bunu da öyrənər.
HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov)