Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Mətbuatımız ən demokratik institutlarından birinə çevrilib” -Əflatun Amaşov

 

“Azərbaycan milli mətbuat “Əkinçi”dən başlayır. Lakin müstəqillik qazandıqdan sonra mətbuatımız ən demokratik institutlarından birinə çevrilib”.

 

Xeberinfo.com:   Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentdə KİV nümayəndələri ilə görüş zamanı deyib.

Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatı dünyanın çox ölkəsində olmayan, dövlətə söykənən mətbuatdır.

“Bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-ə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Azərbaycan mətbuatı milli, vətənpərvər mətbuatdır”.

Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını deyən Ə. Amaşov qeyd edib ki, əsas məqsəd parlamentin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır.

“Bəzi hallarda Milli Məclisin fəaliyyəti ilə bağlı qərəz də olur. Nə qədər obyektiv, peşə davranış qaydalarna əməl etsək, bundan media qələbə qazanar. Bugünkü iclada bu məsələləri aradan qaldırıb, müvafiq qərara gəlmək üçün nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam