Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik- DE-FAKTO

 

Təxminən iki ay əvvəl Azərbaycanın ədliyyə naziri postunu tutan Fərid Əhmədovun faəliyyəti sələfi Fikrət Məmmədovdan xüsusi olaraq seçilmir.

Yenixeber.org: Ötən müddət ərzində yeni nazirin ancaq vətəndaşlarla görüşləri baş tutub ki, bunu sabiq nazir də həyata keçirirdir.

 Burada yeganə fərq Fərid Əhmədovun vətəndaşlarla görüşündə onları diqqətlə dinləməsi və vətəndaşlara öz dərdini deməsi üçün vaxt məhdudiyyəti qoyulmamasıdır.

Ancaq bu nə zamana qədər davam edəcək, bunu da gələcək göstərəcək.

Bütün bunlarla yanaşı Ədliyyə Nazirliyinin fəaliyyətində xüsusi həllini tapmalı olan bir neçə məsələ var.

Bunlardan biri də Azərbaycanda QHT-lərin dövlət qeydiyyata alınması məsələsidir.

Bu mövzunu xatırlatmağımıza səbəb isə ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatının Azərbaycanla bağlı bölümündə bu problemə xüsusi yer ayrılmasıdır.

Qeyd edək ki, həmin hesabatda Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşməsindən söhbət açılır.

Bildirilir ki, qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələnir.

Yeni nazirin bu problemi həll etməsi üçün iradəsinin olacağını da zaman göstərəcək.

Vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olmaq istəyənlər isə gözləmək qalır. (Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam