Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Beyrutda gübrə yox, bomba partlayıb? –Amerikalı ekspertlərə görə, bəli!


 
 

 CIA-nın keçmiş əməkdaşı Robert Baer CNN International telekanalına müsahibəsi zamanı Beyrutda baş verən partlayışa dair maraqlı fikirlər səsləndirib. 
Yenixeber.org: Məlumata görə, ekspert dünən baş verən dəhşətli partlayışın videosunu izlədiyini və partlayışa silah istehsalında istifadə olunan amonium nitrat maddəsinin səbəb ola biləcəyini açıqlayıb.
Ekspertin fikrincə, partlayış əsnasında ortaya çıxan narıncı duman həmin anbarda silah saxlanıldığına dair şübhələri gücləndirir. 
"Bu, gübrələr üçün xammal olan ammonium nitratına bənzəmir, partlayan şey açıq - aydın hərbi partlayıcı maddədir, mən buna demək olar ki, əminəm", - deyə Baer bildirib. 
Qeyd edək ki, Livan rəsmi xəbər agentliyi NNA partlayışın limanın anbarında başlayan yanğınla bağlı olduğunu, sonradan alov yaxınlıqdakı fişəng fabrikinə də sıçradığını və məlum hadisə baş verdiyini açıqlamışdı.


 
Livanın Baş naziri Hassan Diab da bildirmişdi ki, gübrələrdə və bombalarda istifadə olunan 2750 ton ammonium nitrat 6 ildir ki, limanın anbarında saxlanılıb, əhalinin təhlükəsizliyinə təhlükə yaradıb və bu partlayışa səbəb olub. 
Robert Baer isə bu mülahizələrlə razılaşmır. Onun fikrincə, partlayışın başlanğıcında görünən ağ toz buludu gübrələrdə istifadə olunan ammonium nitrat ola bilər. “Amma göründüyü kimi, davam edən partlayışlar nəticəsində göyə narıncı duman yüksəlib. Bu, partlayan hərbi sursatın dumanına daha çox bənzəyir.” 
Baer, hadisənin qəza nəticəsində baş verdiyini istisna etmir. "Hadisənin səbəbi məsuliyyətsizlik, pis idarəetmə ola bilər, mən bununla razıyam. Amma partlayışda hərbi sursat varmı və nə üçün orada saxlanılır, əgər varsa, bu, mütləq cavab tələb edən məsələdir."- deyir.
 

 
Amerikalı partlayıcı eksperti Toni May da CNN-ə partlayışın videoyazısını şərh edərkən partlayan nəsnənin silah olması versiyası ilə razılaşır: "Uzun illər ərzində hökumət adından həm milli, həm də beynəlxalq səviyyədə partlayışların təhlilini aparmışam. Bu qənaətdəyəm ki,  Livanda baş verən bu insidentdə anbarda yanğın baş verib və yüksək partlayıcı maddələr havaya uçub”.
Toni May da ammonium-nitrat maddəsinin partlaması nəticəsində sarı tüstünün ortaya çıxdığını və Beyrutda partlayış zamanı müşahidə edilən çəhrayı və ya qırmızı rənglərin bu xüsusiyyətlə bir araya gəlmədiyini bildirib.
“Amma bu o demək deyil ki, partlayışda ammonium-nitrat ümumiyyətlə yer almayıb. Mənim fikrimcənarıncı tüstü ammonium-nitratından başqa bir maddənin də partlamasına işarədir,- Toni May belə deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da hadisənin bomba partlayışı olduğunu irəli sürmüş və söhbətləşdiyi generalların mülahizələrinə əsaslanaraq belə düşündüyünü bildirmişdi.
Bəs, dünən axşam atom bombasına oxşar şəkildə partlayaraq, dünyanın ürəyini ağzına gətirən bu ammonium-nitrat nədir?
 
 
 
Ammonium-nitrat ammonyak və azot birləşməsindən əmələ gəlir. İstifadə edildiyi ən mühüm sahə gübrə istehsalıdır. Lakin çox yüksək partlayıcı təsirə malik olduğu üçün bomba hazırlamaq üçün də istifadə olunur. 
1995-ci ildə Oklahoma şəhərində fəaliyyət göstərən Alfred P. ABŞ Federal Murra binasının bombalanması zamanı 2 ton ammonium-nitrat istifadə edilmişdi. Bu terror aktı nəticəsində 169 nəfər həlak olmuş, 467 nəfər isə yaralanmışdı.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam