Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN-dən səfirliyimizin erməni məhəlləsində yerləşməsinə münasibət

 

Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.

"Xeberinfo.com":   Məlumata görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusunu cavablandırarkən bildirib ki, bu məlumat düzgün deyildir: 

"Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır. Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər".

Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında H.Hacıyev isə deyib: 

"Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam