Osmanlını yıxan casus –DOSYE
Onun haqda belə deyirlər: “Bir imperiyanın milyonlarca kilometr sərhədini dəyişmiş adam”. Həmin imperiya Osmanlı, həmin şəxs isə məşhur ingilis kəşfiyyatçısı Ərəb Lourensdir. Onun haqqında bir çox romanlar yazılıb, filmlər çəkilib.
Yenixeber.org: Tomas Edvard Lourens 1888-ci il avqust ayının 15-də yoxsul ingilis-irland ailəsində anadan olmuşdu. Oksfordda əvvəlcə məktəbdə, sonra isə universitetdə təhsil almışdı. O, məktəbdə oxuyarkən iki sahəyə - Xaç yürüşləri və arxeologiyaya dair kitablar oxumağı çox sevirdi. Bunun sayəsində Yaxın Şərqə aid çoxlu biliklər əldə etmişdi.
1910-cu ildə artıq Britaniya kəşfiyyatının agenti olan Lourens Ərəb Şərqində məskunlaşmışdı. O, ərəblərin məişətini, adət-ənənələrini diqqətlə öyrənərək, ərəb dilini və bir sıra bədəvi tayfaların ləhcələrini, onların dinini dərindən mənimsəmişdi. Lourensin Ərəbistan yarımadasında olmadığı bir vahə belə qalmamışdı. O, bütün ərəb tayfalarının başçıları ilə dostluq münasibəti yaratmağa və bununla da onların xasiyyətlərindəki zəif və güclü tərəfləri, kimi necə ələ almağın mümkünlüyünü aydınlaşdırmağa nail olmuşdu.
Birinci Dünya müharibəsi başlayanda Lourens Britaniya kəşfiyyatının, daha dəqiq desək, Mİ-4-ün əməkdaşı qismində fəaliyyətini davam etdirərək, Osmanlı imperiyasının sərhədlərində ərəblərin millətçilik hərəkatının gedişini yaxından izləməyə başlamışdı.
Məlum olduğu kimi, ərəb torpaqları və orada yaşayan xalqlar yüzilliklər ərzində Osmanlı imperiyasının hökmranlığı altında olublar. Birinci Dünya Müharibəsi başladıqdan sonra Britaniya imperiyası həmin əraziləri türklərin əlindən almaq üçün fəaliyyətlərini daha da genişləndirdi. Lakin ingilislərin nizami qoşunları səhrada türklərlə vuruşmağa çətinlik çəkirdilər. Buna görə də səhrada düşmənin arxasında təxribat törədə bilən çevik qruplara ehtiyac var idi. Bundan başqa, bu əsas qoşun hissələrini cəbhədə saxlamağa imkan verirdi.
Həmin dövrdə ərəb millətçiləri Ərəbistan yarımadasının cənubunda yaşıl bayraq qaldıraraq, türklərə qarşı mübarizəyə başlamışdılar. Onlardan ən nüfuzlusu vəhabi təriqətinin başçısı Əbd-ül-Əziz ibn Səud, digəri isə onun qatı düşməni Haşimilər tayfasının başçısı və Məkkə şeyxi, 1916-cı ildə Hicaz kralı elan edilmiş Hüseyn ibn Əli idi.
Britaniya imperiyası Yaxın Şərqdə “parçala və hökm sür” siyasətini uğurla həyata keçirməyə nail olmuşdur. Belə ki, Britaniyanın Qahirədəki Ali komissarı ser Henri Makmaqon və Yaxın Şərqdəki hərbi kəşfiyyatın şefi mayor Aston haşimiləri dəstəkləyirdilər. Hüseynə bildirilmişdi ki, Osmanlı imperiyasının süqut etməsindən sonra onu oğulları ilə birlikdə Ərəb Konfederasiyasının başçısı qoyacaqlar. İngiltərə kəşfiyyatının Hindistan bürosu isə vəhabiləri dəstəkləyirdi. Onun nümayəndəsi Seynt Con Filbi 1917-ci ildə tam məxfi tapşırıqla Ər-Riyada yollandı: İbn Səudun diqqətinə çatdırıldı ki, kral V Georq məhz onu gələcək konfederasiyanın başçısı görmək istəyir.
Tomas Edvard Lourens Hüseynin oğlanlarından biri, türklərə qarşı mübarizə aparmaq üçün böyük bir ordu yaratmaq istəyən Feysəlin etibarını qazanmağı bacardı. Lakin həmin dövrdə böyük ordudansa “ayıya hər tərəfdən hücum edən köpək dəstəsi” kimi kiçik çevik dəstələr yaratmaq və bununla da qüdrətli türk ordusunu zəiflədərək geri çəkilməyə məcbur etməyi daha məqsədəuyğun hesab edən Lourens bu işlə yaxından məşğul olmağa başladı. Britaniya kəşfiyyatı tərəfindən lazımi vəsaitlə təmin olunan Lourens xarici görünüşcə qətiyyən bədəvi ərəbə oxşamasa da, dəmir iradəyə malik olması, avantürizmə və intriqalara meylliliyi, şöhrətpərəstliyi, ikiüzlülüyü və məqsədyönlü xarakterə malik olması, habelə ərəb dilini mükəmməl bilməsi ona istənilən cəmiyyətdə uğur qazanmağa imkan verirdi.
Lourens ərəblərlə eyni cür yeməklərdən yeyir və eyni şəraitdə yaşayırdı. O, öz davamçısı olan gənc kəşfiyyatçılara deyirdi: “Siz özünüzü aylar boyunca gecə-gündüz istirahət bilmədən böyük risk altında rolunu oynayan aktyor kimi hiss etməlisiniz”.
Bəzən Lourens axşam bir şeyxin yanında qonaq olur, sonra gecə dəvəyə minərək, ertəsi gün başqası ilə görüşürdü. Onlarla dil tapmaq heç də həmişə asan olmurdu.
O, özünün “27 maddə” adlanan təlimatında yazırdı:
“Tayfa başçısının etibarını qazanın və bu etibarı qoruyub saxlayın. Əgər imkan olarsa, tayfa başçısının nüfuzunu başqalarının gözündə öz hesabınıza artırın. Onun təklif etdiyi planlardan heç zaman imtina etməyin və onu tənqid etməyin. Hər zaman onu bəyəndiyinizi söyləyin və tayfa başçısının planı sizin öz planınızla uyğun gələnədək yalandan tərifləyərək onu yavaş-yavaş öz istəyinizə uyğun dəyişdirin. Baxmayaraq ki, bədəviləri nəyəsə məcbur etmək çox çətindir, lakin əgər sizin səbriniz çatsa, onlara rəhbərlik eləmək çox asandır. Sizin onların işlərinə müdaxilə etməyiniz nə qədər az hiss olunsa, onlara təsir imkanlarınız bir o qədər çox olacaq. Bədəvilər həvəslə sizin məsləhətlərinizə qulaq asacaqlar.
Maskalanma tələb olunmur... Eyni zamanda əgər siz ərəblərin arasında onların milli geyimlərini geyinsəniz, elə bir etibar və dostluq münasibəti əldə edərsiniz ki, hərbi formada heç zaman buna nail ola bilməyəcəksiniz. Lakin bu, çətin və təhlükəlidir. Sizin ərəb kimi geyinməniz o deməkdir ki, onlar sizə münasibətdə heç bir istisnaya yol verməyəcəklər.
Çox hallarda siz dinlə bağlı müzakirələrdə iştirak etməli olacaqsınız. Öz etiqadınız haqda nə gəldi danışa bilərsiniz, amma onların dini haqda qətiyyən tənqidi fikirlər söyləməyin...
Ərəblərdən nümunə götürüb, qadınlar haqqında həddindən artıq açıq söhbətlərə yol verməyin. Bu da din kimi mürəkkəb məsələdir. Həmin məsələdə ərəblərin fikirləri bizimkindən o qədər fərqlidir ki, ingilislərin nöqteyi-nəzərindən adi sayılan bir fikir onların qəzəbinə səbəb ola bilər.
Ərəblərlə dil tapmağın bütün sirri onları fasiləsiz olaraq yorulmadan öyrənməkdən ibarətdir. Həmişə ehtiyatlı olun, heç zaman lazımsız şeylər söyləməyin, həmişə özünüzə və öz yoldaşlarınıza göz-qulaq olun, ətrafda baş verənlərə diqqət yetirin, əsl səbəbləri axtarıb tapmağa çalışın. Ərəblərin xasiyyətini, zövqlərini və zəif yerlərini öyrənin, bildiklərinizi özünüzdə saxlayın... Sizin uğurunuzun keyfiyyəti buna həsr etdiyiniz zehni əməyin kəmiyyəti ilə mütənasiblik təşkil edəcək”.
Yazdığı xatirələrində Lourens özünü ərəblərin milli-azadlıq hərəkatının tərəfdarı kimi göstərməyə çalışırdı. Əslində isə onu yalnız yeni müstəmləkələr əldə etmək istəyən Britaniya imperiyasının maraqları narahat edirdi.
Ağılla, tədbirlə və inadkarlıqla hərəkət edən Lourens Hüseyn və onun oğlu Feysəlin favoritinə çevrilməyi bacarmışdı. O, ərəblərin Türkiyə ilə mübarizə üçün birləşdirilməsini əsas ideya kimi irəli sürmüşdür. Bu ideyanın təsiri altında üsyan qaldırılmış və ingilis silahı ilə silahlandırılmış döyüş dəstələri yaradılmışdı. Üsyana faktiki olaraq polkovnik rütbəsi və “Ərəb Lourens” təxəllüsü almış Lourens başçılıq edirdi. Türklər onun başına görə iyirmi min funt sterlinq mükafat təyin etmişdilər. Feysəl və Lourensin dəstələri partizan üslubunda hərəkət edərək türk qoşunlarına ağır zərbələr endirdilər. 1917-ci ilin iyul ayında onlar cətinliklə səhradan keçərək Akaba limanını ələ keçirdilər. 1918-ci ilin sentyabr ayında isə ingilislər ərəblərin kiçik bir dəstəsi ilə türk qoşunlarının geri çəkilməsindən istifadə edərək dəvələrin üzərində Dəməşq şəhərinə soxuldular.
Birinci Dünya müharibəsindən qalib dövlətlər sırasında çıxan Böyük Britaniya imperiyası yeni müstəmləkələr əldə etdi. Bütün bu müstəmləkələri o, İkinci Dünya müharibəsindən sonra itirdi. Onların arasında İraq, Fələstin, Hayfadakı neft və hərbi-dəniz bazası da var idi. İngilislər Ərəbistan yarımadasında öz mövqelərini daha da möhkəmləndirdilər. Lakin müharibənin başa çatmasından az sonra Fransanın təzyiqi altında ingilislər öz qoşunlarını Suriyadan çıxarmaq məcburiyyətində qaldılar, fransızlar Dəməşqi zəbt etdilər və ərəbləri Fələstindən çıxardılar. Feysəlin ən yaxın “dostu” Ərəb Lourens onun ünvanına lənətlər yağdırmağa başladı. Seynt Con Filbinin “dostu” İbn Səud isə 1924-cü ildə Lourensin “dostu” Hüseyni Məkkədən qovaraq Səudiyyə Ərəbistanının əsasını qoydu.
1921-ci ildə nazir Vinston Çörçillin təklifinə əsasən Lourens onun rəhbərlik etdiyi Müstəmləkələr Nazirliyində Orta Şərq üzrə müşavir vəzifəsində işləməyə başladı. İraq İngiltərənin mandatı altına keçdikdən sonra Lourens Suriyadan qovulmuş Feysəlin qarşısında öz günahını yumaq üçün 1921-ci ilin mart ayında keçirilən Qahirə konfransında Çörçilli onu İraq kralı təyin etməyə inandıra bildi.
Bundan sonra Lourens gözlənilmədən özünün nazirlikdəki vəzifəsini tərk edərək, 1922-ci ilin avqust ayında “Ross” ləqəbi ilə Britaniya kral hərbi hava qüvvələrinə sıravi heyətə daxil olur. Onun orada hansı fəaliyyətlə məşğul olduğu məlum deyil. Yarım ildən sonra Lourens çoxdankı düşmən münasibətdə olduğu bir nəfər zabit tərəfindən tanınır və onun haqqında qəzetdə ifşaedici məqalələr çap olunur.
O zaman ingilis kəşfiyyatı onu yeni tapşırıqla Əfqanıstanla qonşu olan Hindistana göndərmişdi. Orada o, iki rolda çıxış edirdi: ingilislər üçün o, bort mexaniki mister Şou, yerli əhali üçün isə ruhani, din xadimi Pir Kərəm Şah ləqəblərindən istifadə etmişdi.
Həmin vaxt Əfqanıstan əmiri ölkədə bəzi islahatlar həyata keçirmək istəyən Əmənulla idi. Lakin bu, Britaniyanı qane etmirdi və istənilən yolla onu hakimiyyətdən uzaqlaşdıraraq yerinə ingilislərin öz adamı olan bir əmiri gətirmək qərara alınmışdı. 1927-1928-ci illərdə polkovnik Lourens məhz bu işlə məşğul olmaq üçün Orta Şərqə göndərilmişdi.
O, başkəsən quldur Baçayi Sakao ilə əlaqə yaratdı. Həmin şəxs onunla şöhrət qazanmışdı ki, öz atasını, arvadını, bir mollanı və onlarla digər insanı öldürmüşdü. Əmənullanı hakimiyyətdən uzaqlaşdırmağa kömək edəcəyi təqdirdə Sakaoya Əfqanıstan taxt-tacı vəd olunmuşdu.
Lourens ilk növbədə mömin müsəlmanlar arasında Əmənullaya qarşı narazılıq yaratmaq üçün plan işləyib hazırladı. Lourens və Sakaonun agentləri Əmənullaya və onun islahatlarına qarşı təbliğat apararaq onu peyğəmbərin qoyduğu qanunlara qarşı çıxmaqda ittiham etməyə başladılar. Nəticədə savadsız və cahil insanlar Əmənulla hakimiyyətinə qarşı üsyan qaldırdılar.
Baçayi Sakao Kabili ələ keçirərək özünü əmir elan etdi və qızğın antisovet fəaliyyətinə başladı. Əfqanıstan ərazisində məskunlaşmış iyirmi min basmaçı buradan Orta Asiyanın sovet respublikalarına hücumlar etməyə başladılar.
Qarşısında qoyulan tapşırığı uğurla yerinə yetirən Lourens 1929-cu ilin əvvəllərində Londona qayıtdı. Lakin o, tezliklə burada qalmaqalın “baş qəhrəmanı”na çevrildi. Leyborist partiyasının deputatları parlamentdə Lourensin Əfqanıstandakı fəaliyyətinə dair sorğu ilə çıxış etdilər. Kommunistlərin təşkil etdiyi nümayişin iştirakçıları isə Pir Kərəm Şahın – Lourensin müqəvvasını yandırdılar.
Bütün bu hadisələrdən sonra qırx iki yaşlı Lourens istefa verdi və xatirə kitabları yazmağa başladı. Onlardan biri “Səhrada üsyan”, digəri isə “Müdrikliyin yeddi sütunu” adlanır.
1929-cu ilin oktyabr ayında Baçayi Sakao hakimiyyətdən devrilərək edam edildi.
Avantürist xarakterindən qalmayan Lourens ingilis faşistlərinin başçısı Osvald Mosli ilə əlaqələr yaratmışdı və Hitlerlə görüşmək niyyətində idi. Lakin bu plan həyata keçməmiş qaldı, çünki 1935-ci il may ayının 19-da o, motosikletin qəzaya uğraması nəticəsində həlak oldu. Polkovnik ser Tomas Edvard Lourens Londonun Müqəddəs Pavel kilsəsində Britaniyanın müharibə qəhrəmanları və tanınmış zadəganları arasında dəfn olunub.