Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

8 min ərəb Bakıda QİÇS-ə yoluxub? - İddialara cavab

    

8 min ərəb Bakıda QİÇS-ə yoluxub? - İddialara cavab
Ali Əthab adlı ərəb blogger Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb. Onun təqdim etdiyi reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb. İddia olunub ki, 8 min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.
Yenixeber.org: Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə ərəb bloggerin iddialarına münasibət bildirib. O, açıqlamasında deyib ki, Ali Əthabın çəkdiklərini hər kəs digər ölkələrdə də çəkə bilər. 



“Bütün ölkələrdə gənclərin əyləncəsi, gecə klublarlarına getməsi haqqında çəkilişlər etmək olar. İnsanlar sağlamlıqlarına özləri diqqət etməlidirlər. Mənbəyi bilinməyən rəqəmlər səsləndirir, heç bir fakta əsaslanmır. Biz artıq həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. İşlər davam etdikcə, göydən düşmə mövzular meydana çıxacaq. Xüsusi şərhə ehtiyac yoxdur. Peşəkarlıq səviyyəsi nəyə çatıbsa, onu da ortaya qoyub”.

Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov isə AzVision.az-a bildirib ki, yayılan reportaj qərəzlidir. 



“Onun 8 min ərəbin Azərbaycanda QİÇS-ə yoluxması ilə bağlı yaydığı məlumat həqiqəti əks elətdirə bilməz. Çünki bu, bir bloggerin əldə edə biləcəyi məlumat deyil”. 

N.Bağırov qeyd edib ki, reportajın hazırlanmasında məqsəd Azərbaycanın turizm potensialına ləkə yaxmaqdır. “Əsas məqsəd Azərbaycana turistlərin gəlməsinin qarşısını almaqdır. Ümumiyyətlə, ərəb turistlərə görə Azərbaycan bir çox ölkələrə rəqibdir. Ola bilsin ki, video bizə düşmən olan ölkələrin sifarişi ilə hazırlanıb. Gecə klubları, gecə həyatı hər bir ölkədə var. Belə hadisələrə, qarayaxma kampaniyalarına qarşı biz də öz təbliğatımızı aparmalıyıq və aparırıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam