Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Tariximizi sümürənlər – Qoltuqlarda sürünənlər

 

Türkel Araşdırma Qurumu təqdim edir

"Xeberinfo.com":  (Ardı)

Xaliq Bahadır: Siz məktəblərdə çox olursunuz. Bu yaxınlarda Fazil Mustafa çıxış edib deyir ki, Nurçuluğa qarşı çıxanlar şərəfsiz adamlardır. Nurçuluğa qarşı çıxanın biri mən oldum. Azadlıq qəzetində çap olundu. Fazilin orda payını vermişdim keçən il. Nədir? Fazil deyir Fətullah Gülən əfəndi gəlib bizi maarifləndirir. Bilirsiniz nədir? Birinci, F.Gülən bir təriqət başçısıdır. İkincisi, lap təriqət başçısı olmasın, dünyanın ən yaxşı dövləti olsun, gəlib orda məktəb açsın. Azərbaycan acından ölmür, Azərbaycan dilənçi günündə deyil, Azərbaycanın bir belə resursları var. Bizə heç yerin məktəbi gərək deyil. Bizə məktəbi öz dövlətimiz açmalıdır. Dövlətimizin ideologiyası, milli ideologiyamız orda aşılanmalıdır. Bağça yaşından üzü yuxarı. F. Gülənin nə marağı var Amerikada oturub Azərbaycanda məktəblər açır. Özü də hər yerdə açır. Bu pullar hardan gəlir? Deməli, öz təriqətindən, ideologiyasından başqa, bunun arxasında duran güclər var. O güclər Azərbaycanı içindən yenməyə çalışırlar. Bu gün Azərbaycanda repititorlar geniş yayılıb. Mən ona qarşı da çıxıram. Mən bilmirəm o müəllim kimdir. Bir neçəsi var dostumdur, bəyəndiyim adamdır. Ancaq onların hamısını mən tanımıram ki. Bütövlükdə mən ona qarşı çıxıram. Bilmirəm o mənim uşağıma nə aşılayır. Mənim millətimin uşağına nə aşılayır. Bunlar hamısı yığışdırılmalıdır, Azərbaycan dövlətinin öz təhsil sistemi, öz ideologiyası aşılanmalıdır bağça­dan. Bağça yaşından ali məktəblərə qədər. Onda biz dövlətimizə yiyələnə bilərik. Onda biz millətimizə yiyələnə bilərik. Sonra burda yetişəndən sonra getsin Amerikada oxusun, başqa yerdə oxusun, onun çox qorxusu ola bilməz. Qorxulu içimizə girənlərdir. İçimizə girib burda cürbəcür məktəblər açırlar. Biz də sevinirik. 700 bal toplayırlar. Lap toplasın min bal. Onun beyninə başqa şeylər yeridilirsə, o ağlın mənə nə xeyri olacaq? O, mənim içimdə şpion olacaq. O mənim içimi çürüdəcək. Millət olaraq, dövlət olaraq məni içəridən çürüdəcək. Mənə qarşı işləyəcək istər-istəməz. Bəlkə də o yaxşı oğlandır. Anadan bizdən də yaxşı doğulub. Ancaq onun beyninə elə şeylər yeridirlər, o bizə qarşı çıxacaq. Biri budur, deputatdır, deyir nurçulara qarşı çıxanlar şərəfsizdir.

 

Soylu Atalı: Bir məsələni də vurğu eləyim, Babəki ateist adlandıranlarla bağlı. Ateizm tamam fərqli şeydir. Ateizm mütləq inamsızlıq deməkdir. Heç nəyə inanmır. Materializmin nəzəri ideologiyasıdır ateizm. Sonuncu aşamada kommunizmin nəzəri ideologiyası kimi qəbul olundu. Babəkə ateist deyənlər yaxşı bilməlidirlər. Babəkin özünün dini var idi. Asif Ata bunu ciddi öyrənib, deyir ki, kimin ona hansı adı verməsindən asılı olmayaraq, Babəkin Xürrəmidinliyi fərəhçilik dini idi. Babək Ənəlhəqqdən öncəki Ənəlhəqqliyimiz idi. Babək deyirdi mən içimdə Şirvin gəzdirirəm. Şirvin qüdrət Allahının adı idi. Şirvin gəzdirirəm, elə Həqq mənəm demək idi. Mənəm Allah demək idi. Fərəhçilik inancına görə gərək insan yaşayanda da fərəhlə yaşasın, döyüşəndə fərəhlə döyüşsün, öləndə də fərəhlə ölsün. İnsana belə bir inanc vermişdi. Asif Ata deyir ki, mən qəti əminəm ki, Babəkin fəlsəfəsi olub. Fəlsəfəsiz bu boyda dünyagörüş ola bilməzdi. Bu boyda ordular yenmək mümkün deyildi. Bu boyda Azərbaycan coğrafiyasında birlik yaratmaq mümkün deyildi. Şəmkirdən bu yana, Dərbənddən bu yana hamısını birləşdir­mişdi, bir araya gətirmişdi. Bu ağzıgöyçəklər deyirlər ki, Bəzz qalasından qırağa çıxmadı. Necə qırağa çıxmadı ki, bütün Azərbaycanın hər yerində Xürrəmilər hərəkatı ayağa durmuşdu, dövlət yaratmışdı.

Bir daha deyirəm, Babəkin öz inancı vardı. İnamsız deyildi. İslam dininə qarşı idi. Bəli, islam dininin gəlişinə qarşı idi. Açıq şəkildə.

 

Abil Ulusoy: Bir fikrə də rast gəldik ki, Babək qəhrəman deyildi. Bəzz qəhrəman idi. Qala kimi, bir məkan kimi. Mən deyirəm ki, qoy Şahbulaq da qəhrəman olsun. Ağdam tərəfdə, Kirs dağı da qəhrəman olsun, onda Qarabağ problemi həll olunmuşdu ki. Həmin o Bəzz niyə bu gün qəhrəman ola bilmir? Bu gün də Azərbaycanın Güneyi fars istismarı altındadır. Bu gün Azərbaycanın güneyində, zəif şəkildə də olsa, azadlıq mübarizəsi gedir. Həmin qala qoyun öz qəhrəmanlığını ortaya qoysun. Azərbaycanın Güneyi azad olsun. İnsan faktorunu o qədər danmaq olmaz ki. Babəki danmağın anlamı nədir?!

 Sonra, Soylu bəy dedi, Sasanilərin ideologiyası nə idi? Zərdüştsüz Zərdüştçülük. Dəfələrlə so­ruş­mu­şam ki, Zərdüşt fars idisə, bunlar niyə Zərdüştsüz Zərdüştlüyü götürürdülər ki?! Elə Zərdüştlə götürərdilər də. Bu bir daha sübut edir ki, Zərdüşt, doğrudan da, türk idi.

 

Xaliq Bahadır: Abil bəy, Sasanilər elə-belə deyildilər. Sonra ərəblər də onlardan götürdülər idarəçiliyi-filanı. Zərdüştülük bütün regionda oturmuşdu beyinlərdə. Ona görə də onlar siz deyən kimi, Zərdüştü atdılar, Zərdüştçülüyü götürdülər, siyasətlərinə uyğunlaşdırdılar.

 

Jalə Abbasova: Bayaqdan mən sizi dinləyirəm. Sizin yaşınız da, təcrübəniz də məndən çoxdur. Mən gənclərin səsi kimi danışmaq istəyirəm. Təbii ki, mən sosial şəbəkələrdə də, müəyyən məclislərdə də gənclər arasında daha çox oluram. Bu gün gənclərin psixologiyasında belə bir yəqinlik oturub ki, bizim əksəriyyətimiz tarixi bilən toplum deyilik. Nə mənada? Tarixi geniş araşdırmırıq, tarixi bilmirik. Məktəbdə öyrəndiklərimizlə yetərlənmiş bir kəsimik. Məsələn, mən, tarixi özümün həvəskar şəkildə monoqrafiyalarla, ayrı-ayrı tarixi faktları oxuduğum qədər bilirəm. Niyə bu gün tarixi qəhrəmanlarımızı bizə bu dərəcədə aşağılayıb təqdim eləməyə çalışırlar? Bu çıxışlara qulaq asa-asa özüm üçün müəyyən bir nəticə çıxardım. Nəticənin biri bu idi. Siz bayaq mövzulara toxundunuz. Mən istəməzdim F.Mustafanı bu dərəcə şişirdək. Amma nurçulara toxunmaq gərəkdir. Nurçuların litseyinin məzunlarının mən tanıdığım iki, ya üç nəfəri eyni ildə az bir zaman kəsimində intihar elədilər. Çox qəribə intihar faktları idi. Uşaqlar bir ay fərqlə zaman içində intihar elədilər. Biri Biləsuvardan, biri Şirvandan idi, dindar idilər. Yaxşı uşaqlar idilər, amma intihar elədilər. Nurçu idilər. Bu söhbətdə dayanmaq istəmirəm, keçmək istəyirəm. Azərbaycanda bu dəqiqə iki şeyi cavanların beyninə yeridirlər. Biri dindir, müxtəlif təriqətlər şəklində, biri isə seksual azlıqdır. Homoseksualizm geniş yayılıb. Ona görə qəhrəmanları bu gün Azərbaycanda gözdən salırlar ki, Azərbaycanın qəhrəmanını tanıyan uşaq qəhrəman olmaq istəyəcək. Şah İsmayılı bilən uşaq, Babəki tanıyan uşaq, üzr istəyirəm, Konçitanın yolunu getmək istəməyəcək. Bu gün Babəki cavanlara əxlaqsız kimi ona görə təqdim eləyirlər ki, türkün tarixində görünən qəhrəman olmayıb. Şah İsmayılı ona görə adamyeyən, barbar kimi təqdim eləyirlər ki, göstərsinlər guya türkün tarixində qəhrəman olmayıb. Keçmişi ona görə yaxına çəkib Nuru paşayla, Nadir şahla əvəz eləmək istəyirlər. Keçmiş tarixi yaxın tarixlə əvəz eləmək ona görədir. F. Mustafanı ona görə şişirtmək istəmirəm ki, onu bu gün mətbuatda müdafiə edən Ruslan Bəşirlidir. Ruslan Bəşirli də sapqındır. Erməni dəyirmanına su tökənlərdən biridir. F. Mustafanın Azərbaycan adında dövlət olmayıb sözü erməni saytlarının manşetində getdi. Halbuki Ziya Bünyadovun VII-VIII yüzil tarixini araşdıran monoqrafiyasında Azərbaycan hökmdarları haqda söhbət gedir. Mən tarixi elə də dərindən bilmirəm. Ona görə bayaqdan susmuşdum, danışmaq istəmirdim. Ancaq görürsən ki, Azərbaycan gəncliyi bunları bilmir. Təəssüf ki, bilmir.

Mən 2014-ün yayında "İmeycmink" (?) adında bir təşkilatın tədbirində iştirak elədim. Tədbir münaqişə zonaları jurnalistikasının tədbiri idi. Tədbirə yığışan cavanların əksəriyyəti məndən yaşda kiçik idilər. Qarabağ müharibəsi görməyən cavanlar idi. Onlara təqdim olunanı tamlıqla qəbul eləyirdilər. Çox təəssüf elədim ki, orda bizə Sumqayıt hadisələrini ermənilərin günahı olmadan təqdim elədilər. Mən onda Meydan TV-nin əməkdaşı Aytən xanımla mübahisəyə qalxdım ki, Aytən xanım, siz necə ola bilər ki, erməniləri bu dərəcədə savunursunuz, amma ermənilərin bizə qarşı törətdiyi Xocalı faciəsini və s. və s. faktları sadalamaq istəmirəm, bunları siz cavanların yaddaşından silməyə çalışırsınız. Bu necə ola bilər?! Elə sadə faktlar sadaladılar ki, filan şey oldu. Deyirəm, Aytən xanım, bəs filan vaxtda da filan şey olanda, ermənilər filan hərəkəti eləmişdilər. Siz bunu deyirsiniz, amma bunu demirsiniz.

Sonra biz oturub uşaqlarla həmin məclisi müzakirə eləyəndə dedilər səni o məclisə bir də dəvət eləsələr yenə gedərsənmi? Dedim, təbii ki, gedərəm. Bakının göbəyində bizim cavanların beynini bu cür yuyurlarsa... Dedi sən çox səhv fikirləşirsən ki, səni bir də o məclisə dəvət edəcəklər. Bir daha dəvət eləməyəcəklər. Çünki bu tədbir Gürcüstandakı xalq diplomatiyasına dəvət üçün hazırlıq idi. O tədbirdən iki ay keçmədi ki, ermənilərin Türkiyədə çap olunan jurnalında Arzu Qeybullanın dalbadal məqalələri çıxdı. Sonradan bəlli oldu ki, həmin  təşkilatı yaradanlardan biri də Arzu Qeybulla xanım idi. Yəni bu gün Azərbaycan gəncliyi bu dərəcədə başsızdır. Bunlar xırda-xırda nüanslardır. Bunlar dar çərçivədə olan söhbətlər deyil. Çıxış yolu, alternativ mən təklif eləyə bilmirəm. Mən cavanların problemini dedim. Bu gün oturub tarixi sübut eləməyə çalışırıq. Fikir vermirik ki, biz tarixi sübut eləməyə çalışdıqca, sel bu tərəfi yuyub tamam aparmaq üzrədir.

 

Soylu Atalı: Sonda bir şey deyim ki, biz nə olsa belə, özümüzü itirə bilmərik. Bizim bacardığımız, işimiz sözdür, qələmdir, bizim işimiz həm də ayaqdır. Getməyi, gəlməyi bacarma­lı­yıq. Son dərəcə fədakar oğullar gərəkdir indi. Qeyrət çətin gündə gərəkdir, asan gündə gərək deyil. Ona görə də xalqının yiyəsi olmaq istəyənlər, vətəninin sahibi olmaq istəyənlər onun ən azından mənəvi-ideoloji sahibi olmaq istəyənlər çarpışmalıdır, axıra qədər də sözünü deməlidir. Biz deməliyik, eləməliyik dayanmadan. İnanmıram bizdən sonra bu proses dayansın. Azərbay­can xalqının başına bu qədər olmazın bəlalar gətirilər. Bu boyda onu əritməyə, assimilyasiya eləməyə çalışırlar. Ancaq Azərbaycanın içindən yenə də şəxsiyyətlər çıxır, sözünü deyir bu qədər çətinliklərin qarşısında. Mən çox nikbin adamam, ümidlə yaşayıram.

Biz 3-4 gün öncə Sabirabadda olduq. Sabirabadda üst-üstə yüz qırx nəfər gənclərlə söhbətlər apardıq. 5 ünvanda görüş oldu. Ondan əvvəl biz Bakıda görüş keçirdik. İnanın ki, bu 5 ünvanı əldə eləmək üçün 15 qapı döyürük. 15-dən beşini açmışıq. Yəni qapılar üzümüzə həmişə açılmır. Ancaq biz inadla gedirik, döyürük. Nə istəyirik? Gəlmişik ki, öz xalqımızın dəyərlərini gəncliyimizə tanıdaq. Azərbaycanın obrazını onun ağlında yarada bilək. Gəncliyimiz uçmasın, məhv olmasın. Mən orada gənclərlə söhbət eləyəndə deyirəm ki, burda sizinlə apardığım söhbətin bir qayəsi var: bizə təlqin edirlər ki, özümüzə nə karəyik deyək. Biz nə karə deyilik. Sizin içinizdə Babəklər var. Oyadın, aşkarlayın, ortaya çıxarın. O, ölüb qurtarmayıb. Çünki onu xalq verib. Xalq yenə verəcək. Xalqın verdiyini aşkarlayın, xalqın özünə qaytarın. Xalq adlanan əbədiliyimizi qorumalıyıq, sevməliyik...

 Söhbətimizi bununla yekunlaşdıraq. Siz də tanıdığınız gəncləri dəvət edin, burda oturaq üz-üzə, mən onları dinləmək istəyirəm. Burada biz dönə-dönə söhbətlər aparırıq. Bura da gəlin. Onu da deyim ki, Asif Atanın Uluyurd Hərəkatı ideyası var. Bax, bu ideyanı mən gənclərlə bölüşə bilərəm. Elə-belə sadəcə maarifçilik işi, xətti aparmırıq. Biz ciddi şəkildə ortaya ideya qoymuşuq. Ciddi, əsaslı ideyalar. Elə ideyalar ki, onları heç kim təkzib eləyə bilməz...

 

Qar Ayı, 36-cı il. Atakənd.

(yanvar, 2015. Bakı.)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam