Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Akim Bədəlovun 10 il rəhbəri olduğu agentlikdə korrupsiya aşkarlandı-ARAŞDIRMA

 

Ləğv edilmiş dövlət qurumunun büdcə vəsaitlərini səmərəsiz xərclədiyi üzə çıxdı...

image here

Prezident İlham Əliyevin bu il yanvarın 14-də imzaladığı “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) büdcə vəsaitlərini səmərəsiz xərclədiyi üzə çıxıb.
Yenixeber.org: Bu barədə qurumdakı mənbə bildirib. Onun sözlərinə görə, bunlar Agentlikdə aparılmış audit yoxlaması və əmlakın qiymətləndirilməsi zamanı ortaya çıxıb. Qeyd edək ki, AREA-nın əməkdaşlarının Energetika Nazirliyində işlə təmin edilməsi nəzərdə tutulub...

Xatırladaq ki, prezident İlham Əliyev 14 yanvar 2019-cu il tarixində bir neçə qurumun ləğvi barədə fərman imzalayıb. Fərmana əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 fevral 2013-cü ildə yaradılmışdı. Agentliyin əsasnaməsinə görə bu qurum - Azərbaycanda alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi təsis edilmişdi. Həmçinin enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparmalı idi. Quruma yarandığı gündən etibarən Akim Bədəlov sədrlik edib. Amma...

Bəs niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Tanrının Azərbaycana bəxş etdiyi alternativ enerji mənbələrini faydalı işə çevirə bilmədi?

...Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində bilməsələr də, dünyanın hər yerində bilirlər ki, elektrik enerjisinin əldə olunmasının alternativsiz yolu alternativ enerji mənbələrindən istifadədir. Günəş, külək və biomənbələrdən alternativ enerji kimi istifadə edərək elektrik enerjisi əldə etmək üçün dünyanın bir sıra ölkələri məhz ekoloji fəlakətdən yayınmaq üçün istifadə edir. Azərbaycanda isə bu sahədəki vəziyyətin, açıq desək, deyəsən, alternativi yoxdur... DİN-nin Baş Dövlət Yol Polisi az qala hər gün yollarımızdakı ağır avtoqəzalarda ölənlərin acı statistikasını açıqlayır. Məlum olur ki, insan ölümləri ilə nəticələnən avtoqəzaların 80 faizi gecə saatlarında baş verir! İstər Bakı şəhərində olsun, istərsə də bölgələrimizdə... Gecə yola çıxan sürücü və ya sərnişinlər yaxşı bilir ki, Azərbaycanın yollarında zülmət qaranlıqda mənzil başına çatmaq çətin bir məsələdir. Halbuki gecələr Türkiyədə də, Gürcüstanda və digər xarici ölkələrdə də yola çıxmışıq. Heç kimə sirr deyil ki, yollardakı ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi də məhz yolların gecələr işıqlandırılmamasıdır. Bəs niyə bizdə yollar zil qaranlığa bürünür? Və niyə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən, xüsusən də günəş, külək enerjisindən istifadə edilmir? Bir neçə dəfə bu mövzuya toxunmuşuq, araşdırma aparmışıq. Məlum olur ki, Azərbaycanda bu sahənin inkişafı üçün 2013-cü ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılıb, Akim Bədəlov şirkətin direktoru təyin olunub, sahənin inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Amma dövlət şirkəti özünü doğrultmadığından Prezident sərəncamı ilə sonradan ləğv edilərək onun bazasında Dövlət Agentliyi yaradılıb. Bu dəfə də yeni qurum bəhrəsiz və hərəkətsiz olduğundan, Prezident sərəncamı ilə Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılıb. Təkcə 2017-ci ilin Dövlət büdcəsində Agentliyi publik hüquqi şəxs olaraq 1 milyon 741 min 917,0 manat, yanacaq və enerji məsrəfləri üçün isə yenə də büdcədən əlavə 2 milyon 500 min manat vəsait alıb. Cəmi-4 milyon 242 min 917 manat! 2018-ci ildə də agentlik üçün Akim Bədəlovun arzuladığı vəsait ayrılıb. Qrantlar da öz yerində. Amma Akim Bədəlov bu vəsaiti və rəhbəri olan quruma olan etimadı faydalı işə çevirə bilmədi. Bəs bu qədər vəsait alan agentlik niyə adına uyğun olaraq ölkəmizdə alternativ enerji mənbələrinin faydalı işə çevrilməsində lazımi səviyyədə rol oynaya bilmirdi?

              Akim Bədəlov “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini necə idarə edirmiş?

Təbii ki, ortaya çox suallar çıxır. Bu suallardan biri də Akim Bədəlov neçə vaxtdır ki, keçmiş dövlət katibi, 1991-ci il 20 noyabr vertolyot qəzasında həlak olmuş Tofiq İsmyılovun yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini saxta sənədlərlə ələ keçirməkdə ittiham olunmasıdır. Mənbə bildirir ki, uzun illər rəhbərlik etdiyi agentliyin bağlanmasına “nail olan” Akim Bədəlov indi bu mərkəzə rəhbərlik edir. Bu və ya digər ittihamlarla mətbuatda mərhum dövlət katibinin qızı Səbinə İsmayılova dəfələrlə çıxış edirdi. Ən maraqlısı budur ki, uzun illərdir ki, elə həmin başıbəlalı “Xəzər” Akim Bədəlovun rəhbərlik etdiyi agentliyin əsas podratçısıdır. Maraqlıdır ki, bu şirkət Beynəlxalq Bankın talanması işi üzrə həbs edilən keçmiş deputat Dünyamin Xəlilovun “Globus Plaza” mərkəzinin tikintisini, habelə Cahangir Hacıyevin bəzi digər layihələrini, hətta Akim Bədəlovun qudası olan Ali Məhkəmənin sədri Ramiz Rzayevin hazırda da əyləşdiyi Ali Məhkəmənin binasının da tikintisini həyata keçirib.

Bilənlər bilir, deməli, cənab prezident İlham Əliyev daha yaxşı bilirdi ki, Akim Bədəlovun başı “Xəzər”in podratçılığına qarışdığından, agentliyin layihələr çərçivəsində quraşdırdığı külək və günəş batareya qurğularının demək olar əksəriyyəti illərdən bəridir dayanıqlı, yəni işləksiz vəziyyətdədir. Bunu Bakı-Yevlax magistral yolunun “Semzavod” adlanan ərazidəki, Mərəzədə dağların qoynundakı günəş batareyaları və üstündəki 4 ədəd külək generatorları, Bakı-Quba yolunun 30-cu km-də, Xəzərin sahil hissəsindəki (Sumqayıtdan çıxışdakı körpünün yanında) çoxsaylı külək generatorları, Müşfiqabadda quraşdırılmış bir neçə külək generatorları və s. deyilənlərin təsdiqidir. Hətta Sumqayıtdakı günəş batareyalarının dəmir karkası baxımsızlıqdan artıq korroziyaya uğrayıb və çürüyüb gedir...

                                         Laqeydliymizin alternativsizliyi...

Bu qədər də laqeydlik olarmı? Olmaz! Amma oldu deyə, Azərbaycan üçün strateji layihələri həyata keçirməli olan ağentlik ləğv edildi.

Ekspertlərimiz hələ ötən il araşdırma apararaq agentliyin rəsmi saytında həyata keçirilən layihələr və texniki tədbirlər bölümündəki rəsmi məlumatlara diqqət etdi. Eyni laqeydliyi orada da gördük. Məsələn, məlum olurdu ki, Agentliyin ötən il və bu ilin əvvəlindən həyata keçirdiyi layihələr əsasən, orta məktəb şagirdləri ilə olan görüşlərdən, uşaqlara alternativ enerjinin nə olduğunu başa salmaqdan (?), Bakının hansısa orta məktəbində konfranslar keçirməkdən və s. ibarət olub. Halbuki Dövlətimizin bu sahəyə diqqəti yüksəkdir, hətta deyərdik ki, ekoloji problemlərin həllində sahəyə ümidlər böyükdür. Məsələn, Dövlət Proqramında da qeyd edilir ki, “Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar”.

Bəs Azərbaycanda dövlətin bu qədər önəm verdiyi bir sahə niyə ölü nöqtədən xilas ola bilmirdi? “Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər”.
Bu da Dövlət Proqramında qeyd edilmişdi. Məlum olurdu ki, il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Deməli, Azərbaycanın ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Halbuki modul günəş batareyaları quraşdırıb işlək vəziyyətə gətirməklə yollarımızın pulsuz elektrik enerjisi ilə işıqlandıra bilərik ki, bu da yollarımızdakı ağır yol-nəqliyyat hadisələrinin minimuma endirilməsinə imkan verərdi. Bəs Akim Bədəlov niyə bunları etmirdi? Kimi və nəyi gözləyirdi? “...Gözləyirdi ki, rəhbəri olduğu agentlik bağlansın, o da “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzindəki podratçılıq, yəni tikinti işlərini həyata keçirsin, pulunu qazansın. Amma Akim Bədəlov pul qazansa da, ortada o boyda agentliyi itirdi, xərclədi...”, deyir Milli təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlu...

                           Bakıda alternativ enerjidən istifadə edilməklə binalar qızdırılır?

Dövlət Proqramında bir məqam da diqqətimizi çəkdi. Məsələn, 2005-2007-ci illərdə görüləcək dövlət əhəmiyyətli tədbirlərdən biri də Abşeron yarımadasında, Mil-Muğan düzənliyində və Naxçıvan MR-da binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi idi. Biz Bakıda və ətraf rayonlardakı qəsəbələrdə yaşayan sakinlərdən evlərində günəş batareyası ilə qızdırılan istilik sistemlərinin, yaxud isti su ilə təchiz olunduqlarını soruşduq, lakin “hə” deyən tapmadıq.

                                Xəzər dənizində niyə külək generatorları quraşdırılmır?

Ən maraqlısı, bilirik ki, Xəzər dənizi ən küləkli su hövzələrindəndir, il boyu güclü külək əsir. Elə isə, neftçıxarmada istifadə olunan estakadaların üzərində külək generatorları quraşdırmaqla ən azından, həmin platformaların işıqlandırması və digər sistemlərin ilboyu külək enerjisi ilə təmin edilməsi niyə mümkünsüzdür? Dövlət Proqramında belə bir tədbir də nəzərdə tutulub. Belə ki, dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması xüsusi ilə qeyd edilib. Amma çox təəssüflər olsun ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş məlum Dövlət Proqramındakı bu bəndin icrası ilə bağlı “28 may” və Neft Daşlarında çalışan digər strukturların işçilərindən belə faktın şahidi olduqlarını soruşsaq da “Yox!” cavabını aldıq. Bizə isə, ancaq təəssüflənmək qalır. Çünki təbiətin bizə bəxş etdiyi bu nemət də məsuliyyətsizliyimizin qurbanıdır, istifadə edilmir...

Ən pisi odur ki, Dövlət Proqramının icrasına məsul nazirlik və şirkətlərin rəhbərləri isə susur. Azərbaycanın inkişafda olan iqtisadiyyatının ucuz elektrik enerjisi ilə təchiz olunmasındakı hərəktsizliyə susmaq isə cinayətdir...(tezadlar)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam