Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Akim Bədəlovun Neft Fondunda çalışan oğlunun London biznesi - Sənədlər

bitmap-img6

Akim Bədəlovun oğlu Aqşin Bədəlov Britaniyada təhsil alarkən bu ölkədə şirkət açıb və onun ortaqları da hazırda Dövlət Neft Fondunda çalışırlar...
Yenixeber.org:  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun adı uzun illərdir ki, ölkə mətbuatında korrupsiya əməllərində hallanır. O da məlumdur ki, cənab Bədəlovun rəhbərliyi altında həyata keçirilən altenativ enerji qaynaqları yaradılması layihəsi ölkənin ən uğursuz layihələrindən biri hesab olunur. Bu layihələrə milyardlarla manat dövlət vəsaiti sərf olunsa da ölkənin alternativ enerji qaynağı yox dəərəcəsindədir. Daha doğrusu yoxdur. Akim Bədəlovun rəhbərlik etdiyi qurum milyardları hara sərf etdikləri isə bəlli deyil.
Redaksiyamızın əməkdaşları Akim Bədəlov tərəfindən havaya sovrulan milyardların iziylə Bədəlovlar ailəsinin xaricdəki bizneslərini araşdırmaqdadır. Araşdırmanın ilkin nəticələrindən birini ictimaiyyətin diqqətinə cəlb edirik.
Öncəliklə qeyd edək ki, alternariv enerji yaratmaq adı altında mənimsənilən pullarla Akim Bədəlov oğlunu Londonda oxutdurub. Ona görə alternariv enerji yaratmaq adı altında mənimsənilən pullarla deyirik ki, bir dövlət məmurubub öz halal pulu ilə oğluna Britaniyada təhsil verməsi mümkün deyil. Qeyd edək ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlov Britaniyanın “Rotterdam” Universitetində təhsil alıb və hazırda Dövlət Neft Fondunda çalışır. Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov isə Aqşin Bədəlovun dayısıdır.
Bu öz yerində. Elə tələbəlik illərində Akim Bədəlov oğlu Aqşin Bədəlova Londonda şirkət açıb. Hətta oğlunun tələbə dostları olan Teymur Bağırlı, Tural Qurbanov və Rasim Əliyevi də həmin şirkətə şərik edib. Qeyd edək ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlovun hissədar olduğu “Raters Group LTD” şirkəti Londonda 250 min funtsterlinqlik bir mülkə qeydiyyatdadır.

Aqşin Bədəlovun dostları və “Raters Group LTD” şirkətinin payçıları olan Teymur Bağırlının, Tural Qurbanovun və Rasim Əliyevin adları 2017-ci ildə “Raters” adlı sosial şəbəkənin yaradılması ilə də hallanıb. Hazırda isə Teymur Bağırlı Aqşin Bədəlovla birlikdə Dövlət Neft Fondunda çalışır. “Raters Group LTD” şirkətinin Rusiyada və bir sıra başq aölkələrdə də qolları fəaliyyət göstərməkdədir. Rusiyada “Raters Group LTD” şirkətinə Tural Qurbanov nəzarət edir.
Xatırladaq ki, Azərbaycan Pespublikasının prezidenti İlham Əliyevin fərmanı ilə bu ilin yanvar ayında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunub. Fəaliyyətdə olduğu 5 il müddətində Agentlik 3 milyarddan artıq dövlət vəsaitini sərf edib və yuxarıda da qeyd etdiymiz kimi ortada alternativ enerji mənbəyi deyilə heç bur şey də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə isə hazırda Akim Bədəlov əsasən xaricdə olur və Bakıda çox az görünür. Onun işə çıxmadığı və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğvində demək olar ki, iştirak etmədiyi bildirilir. (PİA.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam